Rusiya qoşunları "Kiyev – Nikolayev" marşrutu üzrə hərəkət edən sərnişin qatarına hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Ukrzaliznytsia"nın idarə heyətinin sədri Aleksandr Pertsovski yayıb.
Monitorinq qrupunun vaxtında verdiyi xəbərdarlıq sayəsində sərnişinlər, eləcə də qatar və lokomotiv briqadaları dərhal təxliyyə olunublar, xəsarət alan yoxdur.
Sərnişinlərin təyinat nöqtəsinə çatdırılması üçün avtobus təşkil olunub. Xatırladaq ki, son vaxtlar Rusiya tərəfi Ukraynada sərnişin qatarlarını və dəmir yolu infrastrukturunu hədəf alan hücumlarını intensivləşdirib.
Bizim.Media