Qəbələ Musiqi Festivalı 15 illik yubileyini təntənəli şəkildə qeyd edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Euronews” telekanalının Qəbələdə təşkil olunan beynəlxalq musiqi festivalına həsr etdiyi xüsusi reportajında məlumat verilib.
Materialda vurğulanır ki, festival bu il çərçivələrini daha da genişləndirərək müxtəlif ölkələrdən musiqiçiləri, rəssamları və incəsənət xadimlərini bir araya gətirən “Gabala Fest” layihəsinə start verib.
Tədbir yalnız konsert proqramı ilə kifayətlənməyərək, sənətçilərin canlı ünsiyyəti və birgə yaradıcılığı üçün unikal məkan yaradır.
Bizim.Media