Ağ Evin Aparat rəhbərinin müavini Den Skavino sosial şəbəkə hesabında ABŞ hərbi aviasiyasının yer aldığı diqqətçəkən video yayımlayıb.
Bizim.Media xəbər verir ki, kadrlarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 Spirit strateji "stealth" bombardmançıları və F-22 Raptor qırıcılarının qarlı dağ silsilələri üzərində uçuşu əks olunub.
Videoya əlavə olunan musiqi də xüsusi diqqət çəkib. Belə ki, fon musiqisi kimi Cakomo Puççininin "Turandot" operasından məşhur "Nessun Dorma" ariyası seçilib.
Əsərin adı Azərbaycan dilinə "Heç kim yatmasın" kimi tərcümə olunur və paylaşımın mümkün simvolik mesajı ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub.
Bizim.Media