Rusiya ordusu Sumı şəhərinə idarəolunan aviasiya bombaları ilə zərbə endirib.
Bizim.Media xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində 1 nəfər həlak olub.
Bildirilib ki, hadisə zamanı yaralananlar da var. Onların dəqiq sayı hələlik açıqlanmayıb.
Hazırda hadisə yerində xilasedicilər və digər aidiyyəti qurumların əməkdaşları işləyirlər.


Bizim.Media