Cənubi Koreya Silahlı Qüvvələri ölkənin qərb sahili yaxınlığındakı hərbi poliqonda pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumunun dəf edilməsi üzrə unikal və irimiqyaslı təlimlər keçirib. Təlimlər zamanı hərbçilər eyni anda hücuma keçən 50 ədəd alçaqdan uçan hədəfi tamamilə məhv etməyə nail olublar.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın hərbi mənbələri yayıb.
Müasir müharibə çağırışlarına cavab olaraq təşkil edilən anti-dron əməliyyatı bir neçə müdafiə eşalonundan ibarət hibrid sistem vasitəsilə həyata keçirilib.
Bizim.Media