ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens (JD Vance) rəsmi Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərini yenidən ölkəyə qaytarmağa razı olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, Vens İsveçrədə keçirilən gərgin danışıqlardan sonra jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.
Vens danışıqların gedişatı və gələcək planlar barədə danışarkən prosesin texniki səviyyədə davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri bu həftə ərzində İranda işə başlaya bilər.
"Mən növbəti 60 günü burada (İsveçrədə) qala bilmərəm, ABŞ-a geri dönürəm. Lakin bizim texniki qruplarımız burada işi davam etdirəcəklər".
Əldə olunan ilkin razılaşmanı mühüm bir başlanğıc kimi qiymətləndirən Vitse-prezident bənzətmədən istifadə edərək prosesi belə təsvir edib:
"Yekun saziş bir evin özüdür. Biz isə hələlik bu evin bünövrəsini qoymuşuq. Evi tam tikib başa çatdırmamışıq, lakin uğurlu bir təməl formalaşdıra bilmişik".
Qeyd edək ki, ABŞ və İran nümayəndələri arasında dünən baş tutan görüş fasilələrlə birgə 18 saat davam edib.
Bizim.Media