Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə: “İsgəndər mənə dedi ki…”

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətməsi ilə bağlı ətraflı detallar ortaya çıxıb. 

Bizim.Media milli.az-a istinadən xəbər verir ki, o, ifadəsində Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü bildirib:
 

“Təxminən 1 həftə əvvəl mən Yasamal bazarının arxasında, İskəndərgilin evinin önünə gələrək qapının ağzında onunla görüşdüm. Bir qədər söhbət etdik, söhbət zamanı İskəndər mənə dedi ki, cəzaçəkmə müəssəsində olarkən bir nəfər məhkum ona danışıb ki, guya mən seksual azlıq nümayəndəsiyəm və guya mənim belə hərəkətlərim barədə onun sübutları var.


“Həmin şəxs səndən pul tələb edir, sən müəyyən qədər pul versən onunla görüşüb bu məsələni bağlayaram”. Dedim ki, həmin şəxs kimdirsə, mənə desin onunla görüşüm görüm mənim barədə bu söhbəti necə yayıb və nə sübutu var. Lakin o dedi ki, sənin onunla görüşməyin məsləhət deyil. Bu məsələni mən yoluna qoymalıyam. Dedi ki, guya həmin şəxsin nömrəsi də onda yoxdur, qonşuları vasitəsi ilə əlaqə saxlayır.

Ümumilikdə onun danışığından belə məlum oldu ki, o məni sadəcə yola verir. Haqqımda həqiqətə uyğun olmayan və şəxsiyyəti alçaldan şaiyələr yaratmaqla məndən pul tələb etmək istəyir. Mən əmin oldum ki, əslində elə adam yoxdur. Bu sadəcə İskəndərin öz qurmasıdır. Bir kişi kimi qəbuledilməz ittihamlar olduğundan və cəmiyyət arasında tanınaraq nüfuza malik olduğumdan bu məsələlər mənə pis təsir edirdi. Buna baxmayaraq mən ona heç bir zorakılıq etmədən aralaşıb getdim.

Düşündüm ki, bəlkə bu iddiasından əl çəkər, məni bir daha narahat etməz. Lakin düşündüyümün əksinə İskəndər dəfələrlə zəng edərək məni narahat etməyə başladı”.

Mənə kifayət qədər sms göndərirdi. Mən telefonu yandırandan sonra mesajları gördüm. Mesajlarda “sən deyəsən vəziyyətin ciddiliyini görmürsən və həmin ittihamları qəbul edirsən. Əgər elədisə mən 2-3 Yasamal uşağın götürüb gedib onunla söhbət edərəm”.

Rəşad həmin mesajları oxuyandan sonra silib və əmin olub ki, İskəndər onu şantaj edir. O, İskəndəri fikrindən daşındırmağa çalışıb:

“Noyabrın 8-dən 9-a keçən gecə Rəşad Dağlı növbəti dəfə Babək prospektində şadlıq saraylarının birindən çıxarkən İskəndərə zəng edir və onu bu söz-söhbəti yığışdırmağı bildirir. Lakin buna baxmayaraq İskəndər yenidən Rəşadı təhdid edir. Ona deyir ki, əgər özü könüllü formada bu məsələ ilə bağlı addım atmazsa, onu gecə saat neçədə olur-olsun gəlib düz evlərindən çıxardacaq. Nəticədə Rəşad məcburiyyət qarşısında qalıb İskəndərlə görüşmək qərarına gəlib.
 

Məni təhqir elədi, mən də onun təhqirlərinə cavab olaraq onu təhqir elədim. Mənim təhqirimdən sonra əlində bıçağı mənə tuşlayıb məni vurmaq istəyib. Almışam əlimə bıçağı mən vurmuşam onu. İskəndərin öldüyünü başa düşəndən sonra meyidini asfalt yolun kənarına atdım. Hadisənin şokundan ayılandan sonra avtomobilimi aparıb ata evimin önündə saxlayıb daha sonra isə Yasamal Rayon Polis İdarəsinə könüllü yaxınlaşaraq törətdiyim əməli etiraf elədim”.


Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

End of content

No more pages to load

RADİO