Qubanın Aydınkənd kəndinə bu gün dolu yağması barədə məlumat vermişdik. Analoji təbiət hadisəsi rayonun digər ərazilərində də qeydə alınıb.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Qonaqkənd istiqamətində olan yaşayış məntəqələrində və Quba-Qonaqkənd yolunun Təngəaltı ilə Künxırt kəndlərindən keçən hissələrində də axşam saatlarında güclü dolu yağdığı müşahidə olunub.
Magistral yolda hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yolboyu yağan dolunun ətrafı qar kimi bürüdüyünü bildiriblər.
Sürücülər Qubaya iyun ayında belə güclü dolunun yağdığını ilk dəfə gördüklərini qeyd ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu