Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi və ən yaxşı praktikanın paylaşılması üçün mühüm platformadır.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Hindistan Şəhərsalma Mütəxəssisləri İnstitutunun prezidenti Pradip Kapur deyib.
O bildirib ki, forum şəhərsalma sahəsində innovativ yanaşmaların təqdim olunması, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və dayanıqlı inkişaf istiqamətində ortaq həll yollarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.
Bizim.Media