Biləcəri sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.

Bu barədə Bizim.Media-ya ADSEA-dan bildirilib.

Su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların saz vəziyyətə gətirilməsi, primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyaların təkmilləşdirilməsi, yeni güclü nasosların qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib.

Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb.

Əvvəllər Binəqədi rayonu üzrə Biləcəri Yeni yaşayış massiv, 1 May qəsəbəsi, Qərb, İlqar Kərimov, Asəf Zeynallı, Tomris küçələri, Biləcəri şosesi ərazisində içməli su təchizatı qrafiklə həyata keçirilirdi.
 

Fasiləsiz su təminatına keçid məqsədilə mövcud sistemdə bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirilib. Biləcəri nasos stansiyasından keçən diametri 1420 mm olan Kür-3 magistral su kəmərinə Oğuz-Qəbələ-Bakı su kəmərindən 700 mm diametrli yeni birləşmə vasitəsilə əlavə su həcmləri ötürülür. Bu birləşmədə Kür-3 magistral kəmərində su həcminin tənzimlənməsindən sonra qeyd olunan ərazilərə 24 saat fasiləsiz suyun verilməsi həyata keçirilib.


Hazırda 24 saat verilən su keyfiyyət və təhlükəsizlik baxımından yüksək standartlara cavab verir. Filtrasiya və təmizləmə sistemləri vasitəsilə suyun keyfiyyəti daim nəzarətdə saxlanılır.

Yeni texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemi su təchizatını fasiləsiz və etibarlı edib.

Fasiləsiz su təchizatına keçid nəticəsində Binəqədi rayonunun qeyd olunan ərazilərində 2600 abonent artıq 24 saat içməli su ilə təmin edilir.

Binəqədi rayonunun sakinləri arasında fasiləsiz su təminatı ilə bağlı sorğu da keçirilib.

Sorğunun nəticələrinə əsasən, sakinlərin böyük əksəriyyəti göstərilən xidmətin keyfiyyətindən razı olduqlarını bildiriblər.

Onların sözlərinə görə, indiki su təminatı gündəlik məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, əvvəlki dövrlərdə yaranan su qıtlığı və təzyiq problemi isə minimuma enib.

Sakinlər xüsusilə qeyd ediblər ki, fasiləsiz su təchizatı həm rahatlığın artmasına, həm də sanitariya və gigiyena şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADNSU-da keçirilən XVII Məzun–Karyera Sərgisində 70-dən çox şirkət iştirak edib – FOTO/VİDEO

ADNSU-da keçirilən XVII Məzun–Karyera Sərgisində 70-dən çox şirkət iştirak edib – FOTO/VİDEO

Şəhid Rafiq Cəfərov bu gün torpağa tapşırılacaq

Şəhid Rafiq Cəfərov bu gün torpağa tapşırılacaq

Paşinyan narkotik böhtanına görə Karapetyanı MƏHKƏMƏYƏ VERDİ

Paşinyan narkotik böhtanına görə Karapetyanı MƏHKƏMƏYƏ VERDİ

Sekidika “Sabah”ı TƏRK EDƏCƏK

Sekidika “Sabah”ı TƏRK EDƏCƏK

Yusif Həsənbəy son mənzilə yola salındı – FOTO/VİDEO

Yusif Həsənbəy son mənzilə yola salındı – FOTO/VİDEO

Azyaşlını xilas etmək istəyərkən özü həyatını İTİRDİ – Məşhur döyüşçünün FACİƏVİ ÖLÜMÜ

Azyaşlını xilas etmək istəyərkən özü həyatını İTİRDİ – Məşhur döyüşçünün FACİƏVİ ÖLÜMÜ

WUF13 günlərində ictimai nəqliyyat yalnız bu şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ

WUF13 günlərində ictimai nəqliyyat yalnız bu şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, yağış yağacaq

“Rusiya danışıqlar üçün Avropaya yalvarmayacaq” - Lavrov

“Rusiya danışıqlar üçün Avropaya yalvarmayacaq” - Lavrov

İlham Əliyev Qazaxıstanda səfərdədir – FOTO/VİDEO

İlham Əliyev Qazaxıstanda səfərdədir – FOTO/VİDEO

Biləcəri sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Biləcəri sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK

Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK

Kirayə mənzillər 30 faiz BAHALAŞACAQ

Kirayə mənzillər 30 faiz BAHALAŞACAQ

Ukrayna Rusiyanın 40 milyonluq təyyarəsini belə məhv etdi – VİDEO

Ukrayna Rusiyanın 40 milyonluq təyyarəsini belə məhv etdi – VİDEO

“Space FM”in rəhbəri də işdən çıxarıldı

“Space FM”in rəhbəri də işdən çıxarıldı

“Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil”- Video

“Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil”- Video

Dörd illik əsirliyin sonu... -FOTOLAR

Dörd illik əsirliyin sonu... -FOTOLAR

Pakistanda hərbi bazaya terror hücumu – ANBAAN VİDEO

Pakistanda hərbi bazaya terror hücumu – ANBAAN VİDEO

Kuba qaranlığa qərq oldu - 22 saat işıq olmur, xalq pərişan durumda...

Kuba qaranlığa qərq oldu - 22 saat işıq olmur, xalq pərişan durumda...

Payızda Bakıda daha bir beynəlxalq FORUM KEÇİRİLƏCƏK

Payızda Bakıda daha bir beynəlxalq FORUM KEÇİRİLƏCƏK

Trampın Çinə səfəri başa çatdı- VİDEO

Trampın Çinə səfəri başa çatdı- VİDEO

Üztanıma ilə ödənişi necə etmək olar? – VİDEOİZAH

Üztanıma ilə ödənişi necə etmək olar? – VİDEOİZAH

2 həftəyə qarın piylərini əridən güclü meyvə

2 həftəyə qarın piylərini əridən güclü meyvə

Tanınmış həkimin evi yanaraq külə döndü – VİDEO

Tanınmış həkimin evi yanaraq külə döndü – VİDEO

End of content

No more pages to load

RADİO