Rusiyanın Rostov şəhərində sirk tamaşası zamanı pələng tamaşaçıların arasına girib.
Bizim.Media xəbər verir ki, pələng düşmüş təhlükəsizlik torundan qorxaraq hasarın üstündən tullanıb və birbaşa tamaşaçıların oturduğu zonaya düşüb.
Hadisə zamanı arenada üç pələng və iki təlimçi olub. Torun aşması ilə heyvanlar təşvişə düşərək ora-bura qaçmağa başlayıb, onlardan biri isə maneəni aşaraq tamaşaçıların olduğu hissəyə yönəlib. Qısa müddətdən sonra tor yenidən qaldırılıb.
Hadisə zamanı xəsarət alan olmayıb və tamaşaçılar operativ şəkildə təxliyə
olunub.
Bizim.Media