XƏBƏRDARLIQ! Kürün bu hissəsində suyun səviyyəsi 2 dəfə ARTACAQ – VİDEO

Son günlər intensiv yağıntılarla əlaqədar olaraq transsərhəd çay olan Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. 

Həmçinin, Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə olunur.
 

Hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Belə ki, Yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir. 


ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən verilən məlumata əsasən, cari vəziyyətdə Kür və Qanıx çayları vasitəsilə Mingəçevir su anbarına saniyədə 858 kubmetr su daxil olur.

Su anbarından Kür çayına buraxılan suyun həcmi isə saniyədə 604 kubmetr təşkil edir. Mingəçevir su anbarından sonra Kür çayının axını boyu Əlicançay, Göyçay və Türyançay da Kür çayına tökülür ki, bu çaylarla Kür çayına daxil olan suların həcmi saniyədə 35 kubmetr təşkil edir. 

Son günlərdə Kür çayının Saatlı, Sabirabad, Şirvan, Salyan rayonları ərazisindən keçən hissəsində səviyyə artımının müşahidə olunması da məhz gursululuq dövrü ilə əlaqədardır. 

Səviyyənin artmasına baxmayaraq hazırda vəziyyət stabildir. Mingəçevir su anbarından Kür çayına suyun buraxılması Agentliyin aidiyyəti tabeli təşkilatları tərəfindən tənzimləndiyindən, növbəti günlərdə hər hansı təhlükənin olacağı gözlənilmir. 

Eyni zamanda, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən respuiblika ərazisində mövcud digər çaylarla yanaşı Kür çayında da yeni quraşdırılmış elektron səviyyə ölçən cihazlar vasitəsilə onlayn qaydada suyun səviyyəsi və su sərfi gündəlik olaraq nəzarətdə saxlanılır, Xidmətin yerli bölmələrinin əməkdaşları tərəfindən riskli ərazilərdə vizual müşahidələr aparılır, real vəziyyəti əks etdirən video görüntülər və digər məlumatlar operativ olaraq Xidmətin aparatına və aidiyyəti qurumlara təqdim olunur. 

Gündəlik olaraq ölçmələr və monitorinq məlumatlarının təhlili Kür çayında baş verə biləcək daşqın hadisələrinin vaxtından əvvəl proqnozlaşdırılmasına, risklərin düzgün qiymətləndirilməsinə və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xidmət edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

"Space" telekanalı BAĞLANIR?

"Space" telekanalı BAĞLANIR?

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Rza Tamer vəfat etdi

Rza Tamer vəfat etdi

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

XƏBƏRDARLIQ! Kürün bu hissəsində suyun səviyyəsi 2 dəfə ARTACAQ – VİDEO

XƏBƏRDARLIQ! Kürün bu hissəsində suyun səviyyəsi 2 dəfə ARTACAQ – VİDEO

End of content

No more pages to load

RADİO