Prezidentin qaldığı hotelə hücum edənlər kimlərdir? - Qərb demokratiyasının əsl üzü - VİDEO

Qərbin "demokratiya oyunu" uzun illərdir ki, müzakirə mövzusudur. Sirr deyil ki, demokratiyanı total nəzarət mexanizminə çevirən "qoca qitə"nin bəzi dairələri bu anlayışı öz inhisarına alıblar. Manipulyasiya vasitəsinə çevrilmiş demokratiya çox vaxt müdaxilə mexanizmi funksiyasını yerinə yetirir.

Bizim.Media xəbər verir ki, Baku TV-də yayımlanan süjetdə qeyd olunur ki, məsələn, İranın sabiq şahının oğlu Rza Pəhləvi bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransına qatılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?


O, çıxışında hakimiyyətə gələcəyi təqdirdə İsraili tanıyacağını, İranın neft və qazını Avropaya ixrac edəcəyini bildirib.

Bu məqam sual doğurur: Avropa nə vaxtdan şahlıq üsul-idarəsini demokratik institut hesab etməyə başlayıb ki, Rza Pəhləvi Münhendəki təhlükəsizlik konfransına dəvət alıb?

Belə görünür ki, Qərbin bəzi dairələri öz maraqlarına uyğun olaraq ümumxalq səsverməsi ilə seçilmiş rəhbərləri qeyri-demokratik, şah oğlunu isə demokratiyanın təmsilçisi kimi təqdim edə bilirlər. Deməli, mənafelərin üstün tutulduğu məqamda monarxiya belə demokratiya kimi qəbul oluna bilər.
 

Bu dairələrin əlində demokratiya alətləri cəmiyyətin rəyini formalaşdırmaq və manipulyasiya etmək üçün istifadə olunur. Elə bu məqsədlə dünyaya dırnaqarası "müstəqil media" anlayışı ixrac edilməyə çalışılır.


Müstəqil media o deməkdir ki, dövlətə məxsus deyil. Lakin məsələ ondadır ki, dövlətin nəzarətindən çıxanda da kiməsə məxsus olur. Bu zaman media ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən, geniş biznes imkanları olan beynəlxalq siyasi dairələrin təsir mexanizminə çevrilə bilər. Belə olan halda dırnaqarası müstəqil medianın mövcudluğunda maraqlı tərəflərin olması başadüşüləndir.

Mövzu ilə bağlı öz fikrini bildirən deputat Elman Nəsirov qeyd edib ki, BMT may ayının 3-nü Mətbuat Azadlığı Günü kimi qeyd edir.

Lakin eyni zamanda, öz hesabatlarında dünyanın 180-ə yaxın ölkəsində azad və müstəqil medianın mövcud olmadığını etiraf edir:

"Bu fakt BMT baş katibi səviyyəsində də səsləndirilir. Azad və müstəqil media adı altında ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin geniş miqyas aldığı bildirilir".

Bu yanaşma "Qərb demokratiya modeli" kimi təqdim olunur və hədəf seçilən ölkələrə təsir göstərmək üçün istifadə edilir. Müxtəlif üsullara əl atan dairələr bu prosesdə medianın gücündən yararlanırlar.

Deputat onu da qeyd edib ki, son günlər özlərini dırnaqarası azad və müstəqil media kimi təqdim edən, əslində isə ermənipərəst dairələrin təsiri altında olan şəxslər Azərbaycan rəhbərliyinin qaldığı hotelə basqın ediblər.

Onlar mühafizə zolağını keçməyə çalışıblar:

"Bu vəziyyətdə təhlükəsizlik xidmətlərinin və ABŞ polisinin müdaxiləsi zəruridir. Prezidentin olduğu binaya qarşı belə cəhdlər təxribat və hətta terror xarakterli davranış kimi qiymətləndirilə bilər".

Süjetdə sonda vurğulanır ki, qərb ölkələrinin özündə demokratiya böhran yaşayır. Bir zamanlar nümunə kimi göstərilən demokratik dəyərlər son onilliklərdə təcavüzkar müharibələr, xaricdən təşkil olunan dövlət çevrilişləri, iqtisadi böhranlar və sosial problemlərlə assosiasiya edilir. Bu mənada "Qərb demokratiyası"nın can üstə olduğunu görürük. Onların əlaltılarına isə cansağlığı arzulayacaq qədər böyük millətin nümayəndələriyik.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik mövsümü bu rayonlarda 1 noyabrda başlayacaq – QƏRAR

İstilik mövsümü bu rayonlarda 1 noyabrda başlayacaq – QƏRAR

Paşinyan sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi

Paşinyan sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNAT - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNAT - FOTO

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib – FOTO

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib – FOTO

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Kabab sevənlərin nəzərinə

Kabab sevənlərin nəzərinə

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Mikkelslə bağlı qərar VERİLDİ

Mikkelslə bağlı qərar VERİLDİ

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

End of content

No more pages to load

RADİO