Daxil olan məlumatlara görə, etirazların yatırılması zamanı kimyəvi maddələrdən istifadə edilib.
Bizim.Media xəbər verir ki, indiyədək Xorasan Rəzəvi vilayətinin Səbzvar şəhərində bu fakt təsdiqlənib.
Qurbanlardan biri bildirib ki, “gözyaşardıcı qaz”a məruz qaldıqdan bir həftə keçməsinə baxmayaraq onda yüksək təzyiq, ürək döyüntüsü, başgicəllənmə və mədə ağrıları davam edir.
Həkimlər oxşar əlamətlərlə çox sayda müraciət olduğunu və istifadə edilən maddənin adi qaz olmadığını qeyd edirlər.
Bizim.Media