Argentinanın San-Nikolas bölgəsində baş verən güclü fırtına səbəbindən “narıncı” səviyyəli hava xəbərdarlığı elan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Diario El Norte məlumat yayıb.
Milli Meteorologiya Xidməti sakinləri qısa, lakin intensiv yağışlar, dolu və 70 km/saatdan artıq külək ehtimalı barədə xəbərdar edib.
Şəhərin küçələrdə suyun səviyyəsi qalxıb, bəzi ərazilərdə elektrik təchizatı kəsilib. Yerli hakimiyyət orqanları əhalini mümkün qədər evdə qalmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb. (İnsanoid)
Bizim.Media