Gecə saatlarında İsrail-Fələstin sərhədi yenə partlayış işıqlarına bürünüb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Qəzza zolağındakı hərbi bazalara hava hücumu gerçəkləşdirib.
İsrail mediasının yaydığı məlumata bombalanan yerdə HƏMAS-a aid silah anbarları var idi.
İsrail ordusu da məlumatı təsdiqləyib və bildirib ki, bu, Qəzzadan İsrailə olunan hücumlara cavab reaksiyasıdır.
Xatırladaq ki, iyunun 18-də, bir aylıq susqunluqdan sonra İsrail Qəzza zolağına hava zərbəsi endirib.
Bizim.Media