Gəncə şəhərində maraqlı hadisə qeydə alınıb. Gəncə sakinin quzusu 25 metrlik quyuya düşüb. Sahibi nə qədər cəhd etsədə quzunu oradan çıxara builməyib. Əlacsız qalan şəxs Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə quzunun xilas edilmə kadrları yayılıb.
Nazirliyinin Gəncə Regional Mərkəzinin Xilasedicilərinin köməyi ilə heyvan quyudan çıxarılıb.
Sakin xilas edilən quzunu nazirliyin əməkdaşlarına hədiyyə etmək istəsə də, onlar bu təklifdən imtina ediblər.
Həmin kadrları təqdim edirik.
Bizim.Media