Bakıda baş verən yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.
Hadisə aeroport yolunda baş verib. Belə ki, qarşısına it çıxan “Toyota” markalı avtomobilin sürücüsü qəfil manevr edib və idarəetməni itirib.
Bu zaman maşın əvvəlcə dəmir arakəsmələrə, daha sonra eyni yolda hərəkət edən VAZ-2107 markalı avtomobilə çırpılıb.
Bizim.Media