Pandemiya başlayan indiyədək Macarıstanda ən sərt karantin tətbiq olunacaq.
Bizim.Media Avropa KİV-nə istinadən xəbər verir ki, bu gündən aprelin 7-cən Macarıstanda uşaq bağçaları və ibtidai məktəblər bağlanır.
Bununla yanaşı martın 22-dək ölkədə xidmət sferaları da daxil, ərzaq dükanları istisnası ilə bütün mağazalar qapanır.
Qərar Budapeşt və digər iri şəhərlərdə yoluxma sayının artması ilə bağlıdır.
Sonda qeyd edək ki, məhdudiyyətlər Macarıstanın sərhədinə də şamil olunacaq. Bircə tranzit və yükdaşımalara icazə veriləcək.
Bizim.Media