Çəkdiyi filmə görə qınandı, ondan xəbərsiz hökmü oxundu – Şahmar Ələkbərov haqqında FAKTLAR

Cəmi 49 ilə sığdı ömrü, kinolara çəkildi, özü kino çəkdi. İki qızını köçürdü. Əməkdar artist də oldu, xalq artisti də.

1943-cü ildə Cavad xanın yurdunda anadan olub. Əslən Qarabağdandır – Cəbrayıldan. Atası Zülfüqar Cəbrayıldan, anası İzulət əslən Tiflisdəndir. Onun 9 yaşı olanda ailəsi Bakıya köçüb. Şahmar orta məktəbi 15 yaşında bitirib.

Bütün fənləri yaxşı oxuyub. Xüsusən dil öyrənmək qabiliyyəti və riyazi bilikləri hamını heyran edərmiş. Ailəsinə “sənədlərimi universitetin şərqşünaslığına verirəm” - deyib, İncəsənət institutunun aktyorluq fakültəsinə verib. Ona qədər Lütfi Məmmədbəyovun dram dərnəyinə gedirmiş.

Anası həqiqəti biləndə çox əsəbi vəziyyət yaranıb evdə. Sonunda razılaşmalı olublar. Şahmar Ələkbərovun xarakterini bilirdilər, daha doğrusu, xarakterli olduğunu.

Dərnəkdə üç dost idilər – Həsən Əbluc, Tariyel Qasımov və Şahmar Ələkbərov. Həsən Əbluc Politexnik İnstitutundan, Tariyel Qasımov Bədən Tərbiyəsi İnstitutundan, Şahmar Ələkbərov isə orta məktəbin 10-cu sinfindən gəlirdilər dram dərnəyinə.

1963-cü ildə üçü də eyni vaxtda İncəsənət institutunun aktyorluq fakültəsinə Rza Təhmasibin sinfinə qəbul olunurlar. Səfurə İbrahimova, Nurəngiz Gün, Bayram Hacıyev, Yalçın Rzazadə, Həsən Əbluc, Tariyel Qasımov, Şahmar Ələkbərov həmin sinfin məzunlarıdır.
Şahmar Ələkbərov hələ üçüncü kursdan Adil İsgəndərovun rəhbərlik etdiyi Milli Dram Teatrına işə qəbul edilib.

Adil İsgəndərov kinostudiyaya gedəndən sonra onu kinostudiyanın nəzdində yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. O vaxtdan Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyətə başlayıb.

İncəsənət İnstitutunda dərs deyirdi, həm də kinostudiyanın nəzdindəki aktyorluq kurslarında. Televiziyada müxtəlif verilişlərdə aparıcılıq edirdi.  "Ulduz", "Molla Nəsrəddin" radio verilişinin aparıcısı idi. Filmlərin dublyajında iştirak edirdi.

Kinoda ilk işi Kamil Rüstəmbəyovun ekranlaşdırdığı “Dağlarda döyüş” filmindəki Fərrux rolu idi.

Xanımı Kamilla İncəsənət institutunda Şahmar Ələkbərovun tələbəsi idi, teatrşünaslıqda oxuyurdu. Əvvəl qızı ona vermək istəməyiblər.

Kamillanın atası Şuşalı olub. Şahmarın da atasının qarabağlı olduğunu biləndə razılaşıb.Şahmarla Kamilla xanımın əkiz qızları (İzulət, Ləman) olandan sonra aktyor kənarda olan çəkilişlərə ailəsini də aparırmış ki, gözünün önündə olsunlar.

Əbdül Mahmudovla Ənvər Əblucun ekranlaşdırdıqları “Firəngiz” filminin çəkilişləri vaxtı Feyzi rolunda çəkilən Şahmar Ələkbərova dişinin ağrısı rahatlıq vermirdi. Arada gedib stomatoloqa dişinin problemini həll etmişdi, amma gələndən sonra da rahatlıq tapmırdı.
Bu dəfə də stomatoloq dilini zədələmişdi. Çəkiliş vaxtı zədəni soyuqdan qoruya bilməyib. Çəkilişlər bitincə xoraya çevrilib. Xora sağalmayıb, axır ki, bədxassəli şişə çevrilib. Əməliyyat edib şişi kəsirlər.

Şahmar Ələkbərov həm yaradıcılığında, həm də şəxsi həyatında hansı planlar varsa, hamısını birdən yerinə yetirib sonuclamaq istəyir. Aktyor film çəkməyə qərar verir.

Elçinin ssenarisi ilə “Sahilsiz gecə” filminin çəkilişlərinə başlayır. Çəkilişlər bitir, amma film qəbul olunmur. Kinostudiyanın qarşısına etirazçı qadınlar belə yığışdılar, aktrisaları hədələyirdilər.

Şahmar Ələkbərov Nuriyyə Əhmədovaya, Mehriban Xanlarovaya zəng vurub “studiyaya gəlməyin” – deyə xəbərdarlıq etməli olmuşdu. Film müharibənin qadınların həyatında hansı fəsadları yaratmasından danışırdı. Tamaşaçı isə yalnız əxlaq tərəfini əlində bayraq edib, etiraz səsini ucaltmışdı.

Onun ardınca dərhal Əliağa Vahidin həyatından bəhs edən “Qəzəlxan” filmini (1991) çəkib tamamladı Şahmar Ələkbərov.

Qızlarının ikisinə də elçi gəlirdi. Qızların fikrini öyrənib ikisini də nişanladı və hər ikisinə eyni gündə toy çaldırıb, köçürdü. Bütün bunlar dəhşətli ağrıların fonunda olurdu. 
Yeddi il bu əzab-əziyyət davam etdi. 1992-ci ilin qışında onu Almaniyaya aparırlar. Orda deyirlər ki, təbabət burda gücsüzdü.

Bakıya qaytarıb onu xəstəxanaya yerləşdirirlər ki, guya müalicən burda davam edəcək. 
1992-ci ilin qışında onu Almaniyaya aparırlar. Orda deyirlər ki, təbabət burda gücsüzdü.
Bakıya qaytarıb onu xəstəxanaya yerləşdirirlər ki, guya müalicən burda davam edəcək. 1992-ci il avqustun 12-də 49 yaşında əzablarına Tanrı son qoyur.

Həsən Əbluc onun qəbri üstündə möhkəm ağlayıb deyir: “Darıxma, qardaşım, mən də tezliklə gələcəm”. İki ildən sonra Həsən Əbluc rəhmətə gedir.

İndi anasının adını qoyduğu qızı İzulət Belçikada yaşayır, yoldaşı diplomatdır. Ləman pediatrdı, Bakıda işləyib yaşayır. Kamilla xanım təqaüddədir, nəvəsinə baxır – Şahmara...

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

End of content

No more pages to load

RADİO