Xudafərin körpüsü bərpa edilə bilər - Nazirlikdən açıqlama

Azərbaycan mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mədəniyyət naziri bildirib ki, iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulub. O, həmçinin mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb.

Dəvət üçün nazirə təşəkkürünü bildirən Seyid İzzətulah Zərqami də öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən möhkəm dostluq münasibətlərində bu gün kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu vurğulayıb.
Tərəflər həmçinin işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu bildirərək yüksək qiymətləndiriblər. Mədəniyyət paytaxtımız Şuşanın İslam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi bildirilib.

Eləcə də Qarabağda davam edən yenidənqurma və bərpa işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Xudafərin körpüsünün birgə bərpası məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb. Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-İsmayıllı yolunda 2 minik avtomobili toqquşdu - VİDEO

Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO

Günay Peruda dincəlir - FOTO

Günay Peruda dincəlir - FOTO

Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOSU

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Polşada 17-ci əsrə aid taxta kilsə yandı - FOTO/VİDEO

Cəlilabadın 12 yaşayış məntəqəsində qaz kəsiləcək

Türkiyədə meşə yanğınlarına görə 40-dan çox şəxs saxlanıldı

İran ABŞ hərbçilərinin başına mükafat qoydu

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

Neptunun kiçik peykləri qədim buz dünyalarının qalıqlarıdır?

Ac ayı evə girərək soyuducudan ərzaqları oğurladı - VİDEO

Dələduzun evindən 2,5 min il yaşı olan zinət əşyaları tapıldı - FOTO

Britaniya baş naziri Uinston Çörçill kimi asqılı şalvar geyinir

Kembricin işdən çıxarılan ən gənc professoru evində ölü tapıldı

Kişi mənzilində divar kağızlarını sökərkən gözlənilməz “sürpriz”lə qarşılaşdı

Sofiya adı Avropada ən populyar qız adlarından birinə çevrildi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

30 yaşdan sonra varlanacağı deyilən insanların doğum tarixləri

Ukrayna şirkəti “Flaminqo” raketlərinin buraxılışını nümayiş etdirdi - VİDEO

Yelloustoun supervulkanı püskürsə nə baş verər?

Britaniyada polis müsadirə edilmiş Ferrari ilə gəzib - VİDEO

İrəvanın mərkəzində tikinti konstruksiyaları uçdu - VİDEO

İDDİA: Merilin Monro Con Kennedidən hamilə olub və xüsusi xidmətlər tərəfindən öldürülüb

End of content

No more pages to load

RADİO