Mədəniyyət Nazirliyi “Fantaziya” hamamını bərpa etməyə niyə icazə vermir? - TƏFƏRRÜAT 

Qədim Bakının haqqında söz etdirən abidələrindən biri də “Fantaziya” hamamıdır. Mən də atamdan eşitmişdim və heç bilmirdim ki, bu hamam harada yerləşir. Haqqında vikiməlumatları araşdıranda anladım ki, düz 3 əsrə şahidlik edən bu tikilinin bir zamanlar çal-çağırlı dövranı olub. İndi isə günbəgün inkişaf edən Bakının düz mərkəzində xarabalığa çevrilib.

Xatırladaq ki, layihəsini şəhərin ilk baş planının tərtibatçısı olmuş memar Nikolay Fon Der Nonnenin verdiyi “Fantaziya” hamamı 1886-cı ildə istifadəyə verilib.

Hələ iki əsr öncə Kaspi qəzeti Fantaziyanın Azərbaycanda Avropa üslubunda ilk hamam olması haqqında ətraflı məlumat verirdi. “Fantaziya” hamamı həmçinin Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub.
Bizim.Media “Fantaziya”nın sönük günlərindən reportaj hazırlamaq üçün Dilarə Əliyeva küçəsində hamamın yerləşdiyi ərazidə olub.

Rastlaşdığımız mənzərə isə bizi heç şaşırtmadı. Hamamın qapısına üst-üstə vurulan qıfıllar buraya çoxdan heç kimin gəlmədiyindən xəbər verir. Ərazidə olan gənclərin çoxu tikilinin tarixi haqqında məlumatsızdır. 

Yaşlı nəslin nümayəndələrindən olan Ruslan Quliyev isə əməkdaşlarımızla söhbətində bildirdi ki, bir zamanlar Bakıda yaşayan digər xalqların nümayəndələri bu məşhur tikilinin möhtəşəmliyini göstərmək üçün xaricdən gələn qonaqlarını məhz “Fantaziya” hamamına gətirərdilər:

“Belə dəbdəbəli hamam o dövrdə Qafqazda  yaşayan heç bir xalqda olmayıb. Mənim xatırladığım zamanlarda hamamda xeyli sayda işçi çalışırdı və onların hər biri öz işlərinin peşəkarları idi. Hamamdakı qiymətlər də heç vaxt baha olmayıb. Bir növ varlılarla yanaşı, kasıb əhalinin də cibinə görə hesablanmışdı”.

Ruslan kişinin sözlərinə görə hamamın istifadəsinə uzun illərdir ki, Rafiq adlı şəxs nəzarət etsə də, 7 il öncə o vəfat etdi və hamamın qapıları o gündən bu günə kimi qıfıllandı:

“Bir ay öncə kimsə sahiblərdən biri gəlmişdi ki, buraları abıra salsın, hətta hamamı hasarlamışdı da. Amma deyilənə görə, dərhal yuxarılardan çəkiliş göndərib iki televiziya kanalına reportaj elətdirdilər və bərpa cəhdi yarımçıq qaldı. Adam işini buraxıb getdi”.
Ruslan Quliyev söyləməsinə görə, söhbət gəzir ki, hamamı keçmiş sahibinin varisinin əlindən almaq istəyirlər. Ona görə də gözdən salırlar ki, məcbur olub sahibi imtina etsin:

“Başqa vaxtı abadlıqdan danışırlar. Mədəniyyət nazirliyinin hamamın təmirinə imkan verməməsini biz də başa düşmədik. Mədəni İrsin Qorunması idarəsi var deyirlər, məgər belə qoruyurlar? Qoruya bilmirlərsə, heç olmasa adamlara imkan versinlər, öz sahibi təmir etdirsin də. Belə bir məsəl var ey, deyirlər,

“Hamam hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik eylər,
Köhnə hamam içində”.

Amma biz kimin dəvə, kimin isə dəllək olduğunu bilmədik. Kimlərsə gəlib işə başladı, başqa biriləri də gəlib onları dayandırdı. Camaat da bilmədi ki, nə baş verir. Bura tarix olduğu üçün bizim də haqqımız çatır ki, prosesdən xəbərimiz olsun”.

Böyük bir zibilliyə çevirilən məşhur tarixi tikilinin önündə yerli əhəmiyyətli abidə olduğu və dövlət tərəfindən qorunduğunu əks etdirən kiçik lövhə yapışdırılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli də deyir ki, “Fantaziya” hamamı dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir.
Qanunvericiliyə uyğun olaraq abidənin qorunması, eləcə də bərpa-konservasiya işlərinin aparılmasına nəzarəti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti həyata keçirir:

“Amma tarixi abidə xüsusi mülkiyyətdədir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Dövlət Xidməti ilə həmin abidələrin qorunması, salamatlığının təmin edilməsi və istifadəsinə dair mühafizə müqaviləsi bağlayır. Belə bir müqavilə Fantaziya hamamının mülkiyyətçisi ilə də bağlanılıb.

Bildiyiniz kimi, bir müddət öncə Fantaziya hamamının ətrafı hasarlanmışdı.

Orada aparılacaq hər hansı tikinti işləri ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edilmədiyindən qurum tərəfindən iş icraçılarına xəbərdarlıq edilib.
İzah edilib ki, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxslər bərpa konservasiya işləri apararkən, həyata keçiriləcək işlərin layihəsini Dövlət Xidmətinə təqdim etməlidirlər.

Bərpa-konservasiya işləri layihə təsdiq edildikdən sonra, mütəxəssislərimizin nəzarəti altında həyata keçirilə bilər. Tarixi abidədə aparılacaq bərpa-konservasiya işləri haqqında qanunvericiliyin tələbləri detallı şəkildə diqqətə çatdırılıb”.

Rəşad Orucoğlu, Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da 71 yaşlı qadın tənha qadınlar üçün kənd saldı - FOTO

ABŞ-da 71 yaşlı qadın tənha qadınlar üçün kənd saldı - FOTO

Moskva ətrafında Wildberries anbarındakı yanğının tüstüsü 100 kilometrə yayıldı - FOTO

Moskva ətrafında Wildberries anbarındakı yanğının tüstüsü 100 kilometrə yayıldı - FOTO

Almaniya Ukraynaya ilk RCH-155 haubitsalarını göndərdi

Almaniya Ukraynaya ilk RCH-155 haubitsalarını göndərdi

“Oskar”a namizəd olan rejissor vəfat etdi

“Oskar”a namizəd olan rejissor vəfat etdi

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Bakı-İsmayıllı yolunda 2 minik avtomobili toqquşdu - VİDEO

Bakı-İsmayıllı yolunda 2 minik avtomobili toqquşdu - VİDEO

Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO

Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO

Günay Peruda dincəlir - FOTO

Günay Peruda dincəlir - FOTO

Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOSU

Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOSU

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Polşada 17-ci əsrə aid taxta kilsə yandı - FOTO/VİDEO

Polşada 17-ci əsrə aid taxta kilsə yandı - FOTO/VİDEO

Cəlilabadın 12 yaşayış məntəqəsində qaz kəsiləcək

Cəlilabadın 12 yaşayış məntəqəsində qaz kəsiləcək

Türkiyədə meşə yanğınlarına görə 40-dan çox şəxs saxlanıldı

Türkiyədə meşə yanğınlarına görə 40-dan çox şəxs saxlanıldı

İran ABŞ hərbçilərinin başına mükafat qoydu

İran ABŞ hərbçilərinin başına mükafat qoydu

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

Neptunun kiçik peykləri qədim buz dünyalarının qalıqlarıdır?

Neptunun kiçik peykləri qədim buz dünyalarının qalıqlarıdır?

Ac ayı evə girərək soyuducudan ərzaqları oğurladı - VİDEO

Ac ayı evə girərək soyuducudan ərzaqları oğurladı - VİDEO

Dələduzun evindən 2,5 min il yaşı olan zinət əşyaları tapıldı - FOTO

Dələduzun evindən 2,5 min il yaşı olan zinət əşyaları tapıldı - FOTO

Britaniya baş naziri Uinston Çörçill kimi asqılı şalvar geyinir

Britaniya baş naziri Uinston Çörçill kimi asqılı şalvar geyinir

Kembricin işdən çıxarılan ən gənc professoru evində ölü tapıldı

Kembricin işdən çıxarılan ən gənc professoru evində ölü tapıldı

Kişi mənzilində divar kağızlarını sökərkən gözlənilməz “sürpriz”lə qarşılaşdı

Kişi mənzilində divar kağızlarını sökərkən gözlənilməz “sürpriz”lə qarşılaşdı

Sofiya adı Avropada ən populyar qız adlarından birinə çevrildi

Sofiya adı Avropada ən populyar qız adlarından birinə çevrildi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

30 yaşdan sonra varlanacağı deyilən insanların doğum tarixləri

30 yaşdan sonra varlanacağı deyilən insanların doğum tarixləri

End of content

No more pages to load

RADİO