13 mart 2015- ci il tarixdə Abbas Səhhət adına uşaq kitabxanasında Bərdə rayon Gənclər və İdman idarəsinin və Mədəniyyət və Turizm idarəsinin birgə təşkilatçılığı, uşaq və yeniyetmələrin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq”x9d mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.
Mərkəzləşdirilmiş kitabxana sisteminin uşaq şöbəsinin müdiri Sevda Süleymanova, Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov milli-mənəvi dəyərlərimiz barədə çıxış edərək, milli-mənəvi dəyərlərimizi qorumağın hər bir gəncin müqəddəs borcu olduğunu bildirmişlər. Kitabxanın işçisi Mətanət Ağayevanın Bahar qız, oğlu Əli Ağazadənin Dədə Qorqud obrazlarını canlandırmaları tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Bülbül adına 1 saylı Uşaq İncəsənət məktəbinin oğlan və qızlardan ibarət rəqs kollektivinin (müəllim Bağdagül Teymurova) təqdim etdiyi “papaq”x9d, “ləzdinka”x9d, “vals”x9d və s. rəqslərini tamaşaçılar rəğbətlə qarşılamışlar. Kitabxanın “Milli-mənəvi mövzusunda ”x9dkeçirdiyi inşa yazı müsabiqəsinin iştirakçılarından N.Nərimanov adına 3 saylı Bərdə şəhər tam orta məktəbin X sinif şagirdi Leyla İbrahimliyə hədiyyə təqdim olunmuşdur. 2 saylı Uşaq musiqi məktəbinin saz müəllimi Müzəffər Şükürovun ifa etdiyi xalq mahnıları, Şəhid Alı adına 5 saylı Bərdə şəhər tam orta məktəbin VI sinif şagirdlərinin və Ramiz Musayev adına Bərdə şəhər inkluziv təhsil komponentli günüuzadılmış tam orta məktəbin şagirdi Cəmalə Əliyevanın Bahar bayramı ilə bağlı söylədikləri şeirlər, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdi Hüseyn Əliyevin oxuduğu “Ay dili-dili”x9d xalq mahnısı alqışlarla qarşılanmışdır.
Sonda Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”x9d musiqili komediyasının səhnələşdirilmiş bir hissəsini iştirakçılara təqdim etmişlər.