Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi – YENİLƏNİB/FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, qurultay Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov I Türk Dünyası Bəstəkarları Qurultayının yaradıcı potensialları birləşdirməyə, gənc müəllifləri dəstəkləməyə, türk dünyasının zəngin musiqi irsinin təbliğinə töhfə verən beynəlxalq əməkdaşlıq məkanı olduğunu qeyd edib.

Nazir müavini qurultayın yeni ideyaların və əsərlərin yaranmasına, eləcə də uzunmüddətli yaradıcılıq əməkdaşlığının başlanmasına mühüm töhfə verəcəyinə inandığını söyləyib.
 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova zəngin irsin yeni əsərlər, peşəkar əməkdaşlıq və beynəlxalq mədəni dialoq üçün mənbəyə çevriləcəyi canlı musiqi məkanı yaratmağa çalışdıqlarını diqqətə çatdırıb.


“Bakıda keçirilən Birinci Türk Dünyası Bəstəkarları Qurultayı və Türk Dünyası Bəstəkarlar Birliyinin (Turkic Union of Composers (TUC)) yaradılması Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır. Birinci Türk Dünyası Bəstəkarları Qurultayı və Türk Dünyası Bəstəkarlar Birliyinin məhz Bakıda keçirilməsi və yaradılması dərin rəmzi məna daşıyır.

Görkəmli bəstəkarlıq məktəbinə və zəngin musiqi ənənələrinə malik Azərbaycan Türk dünyasının yaradıcılıq potensialını bir araya gətirməyə və onu dünya auditoriyasına təqdim etməyə yönəlmiş yeni beynəlxalq platformanın təşəbbüskarı kimi çıxış edir. Birinci Qurultay uzunmüddətli beynəlxalq proqramın başlanğıcı olacaq. Gələcəkdə görüşlərin Türk dövlətlərində növbəlilik prinsipi əsasında keçirilməsi nəzərdə tutulur.

2032-ci ilədək fəal yol xəritəsi beynəlxalq festivalların keçirilməsini, “Turkic Music Awards” mükafatının təsis edilməsini, Türk dünyasının müasir musiqisinin antologiyasının nəşrini, “TurkicHeritage” platformasında rəqəmsal not kitabxanasının yaradılmasını, bəstəkarlıq rezidensiyalarının inkişaf etdirilməsini və Türk Dünyası Gənc Simfonik Orkestrinin formalaşdırılmasını nəzərdə tutur”,- deyə Aktotı Raimkulova əlavə edib.

ICESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhakim Al Sənan ICESCO ilə Azərbaycan arasında çox güclü əməkdaşlığın mövcud olduğunu deyib. Bildirib ki, Bakı Ofisi bu əməkdaşlığın inkişafında xüsusi rol oynayır.
 

Direktor qurultayın Üzeyir Hacıbəyli irsinin yad edildiyi ərəfədə keçirilməsinin təsadüfü olmadığını vurğulayıb: “Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb. O, bizə nümayiş etdirib ki, mədəniyyət milli kimliyi qorumaq üçün ən fundamental anlayışdır. Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur. Musiqi ümumbəşəridir”.


Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Türk dünyası ölkələri arasında dərin musiqi bağlarının mövcud olduğunu vurğulayıb. O bildirib ki, uzun illərdir UNESCO çərçivəsində keçirilən görüşlərdə bu məsələ müzakirə olunub və türk dünyasının musiqişünaslarının bir araya gətirilməsi təşəbbüsü irəli sürülüb.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov türk dünyasının bəstəkarları müxtəlif mövzularda fikirlərini bölüşüb, ortaq musiqi irsinin qorunması və inkişaf etdirilməsi, yaradıcılıq əlaqələrinin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivlərindən danışıb.





















***10:12


Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsublar iştirak edir.

Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkəri çayında batan şəxsin meyiti tapıldı

Həkəri çayında batan şəxsin meyiti tapıldı

Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Alimlərdən uşaqlara vacib tövsiyə – Beyin sağlamlığı üçün bunu edin

Alimlərdən uşaqlara vacib tövsiyə – Beyin sağlamlığı üçün bunu edin

Əl ilə yazmaq yaddaşı gücləndirir

Əl ilə yazmaq yaddaşı gücləndirir

Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı- VİDEO

Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı- VİDEO

Bağırsağı yaxşılaşdırmaq üçün 7 qızıl qayda – Mütəxəssisdən tövsiyələr

Bağırsağı yaxşılaşdırmaq üçün 7 qızıl qayda – Mütəxəssisdən tövsiyələr

Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı – VİDEO

Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı – VİDEO

Vətən torpağında son döyüş... – FOTO

Vətən torpağında son döyüş... – FOTO

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

DİQQƏT! Formula-1-ə görə bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir – SİYAHI

DİQQƏT! Formula-1-ə görə bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir – SİYAHI

Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM

Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi – ADLAR

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi – ADLAR

Həyat eşqini söndürən xəstəlik – Hər üç adamdan birində var

Həyat eşqini söndürən xəstəlik – Hər üç adamdan birində var

Pəncəlinin ailəsində xoş gün- Anar Ələkbərov da iştirak etdi – FOTO

Pəncəlinin ailəsində xoş gün- Anar Ələkbərov da iştirak etdi – FOTO

İnsanlar niyə süngər və pətək görüntülərinə baxanda narahat olur?

İnsanlar niyə süngər və pətək görüntülərinə baxanda narahat olur?

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - Video

Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - Video

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb - FOTO

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb - FOTO

Xankəndidə Şəhər Gününə hazırlıq gedir - FOTO

Xankəndidə Şəhər Gününə hazırlıq gedir - FOTO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanıldı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanıldı

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Səbinə Əliyeva: “Erməni əsilli məhbuslarla bağlı yayılan xəbərlər qərəzli siyasi məqsəd daşıyır”

Səbinə Əliyeva: “Erməni əsilli məhbuslarla bağlı yayılan xəbərlər qərəzli siyasi məqsəd daşıyır”

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

End of content

No more pages to load

RADİO