Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb - FOTO

Azərbaycanlı interyer dizayner Günel Babayevanın “JUNO – Buludlar üzərində ilahi ziyafət” adlı tematik restoran layihəsi 8 sentyabr 2026-cı ildə Çin Xalq Respublikasında keçirilən XII Memarlıq-Dekorasiya Dizayn Sənəti Əsərləri Sərgisi və Dizayn Əsərləri Müsabiqəsində qızıl medala layiq görülüb.

Bizim.Media xəbər verir ki, Günel Babayeva müsabiqə 1984-cü ildə yaradılandan bəri qızıl medala layiq görülən ilk xarici vətəndaş olub.
 

Çin Memarlıq Dekorasiya Assosiasiyası (CBDA) tərəfindən təşkil olunan müsabiqə memarlıq, dekorasiya və interyer dizayn sahəsində seçilən layihələrin nümayişinə və peşəkar təcrübə mübadiləsinə həsr olunub.


Günel Babayevanın “JUNO” layihəsi Bakıda yerləşən Mercure Baku City Hotel-in 13-cü mərtəbəsində həyata keçirilən tematik restoran konsepsiyasıdır. Layihədə Roma mifologiyasındakı ilahələr kraliçası Juno obrazı, Bakının “Odlar şəhəri” kimliyi və yüksək mərtəbədən açılan şəhər panoraması vahid interyer konsepsiyasında birləşdirilib.


 
Layihənin əsas kompozisiya elementlərini səhnə və tavan sistemi təşkil edir. Səhnənin mərkəzində yerləşən qızılı “Juno” loqosu və mifoloji fiqurlar məkanın teatrallaşdırılmış atmosferini formalaşdırır. Əyri tavan elementləri, isti işıq zolaqları və taxta konstruksiyalar isə girişdən bar və yemək zonasına, oradan səhnəyə qədər vahid vizual xətt yaradır.
 

İnteryerin rəng və material həllində qızılı, tünd qırmızı və tünd mavi tonlar, həmçinin taxta, mis, daş, metal və güzgü səthlərindən istifadə olunub. Layihə restoran, bar, canlı çıxış və sosial ünsiyyət funksiyalarını bir məkanda birləşdirərək hotelin 13-cü mərtəbəsini qastronomiya, şəhər mənzərəsi və əyləncəni bir araya gətirən tematik məkana çevirir.


Qeyd edək ki, bu il tədbirdə iştirak edənlərin sayının 10 min nəfərdən çox olduğu bildirilir.

Onu da bildirək ki, Günel Babayevanın layihələri bundan əvvəl keçirilən nüfuzlu beynəlxalq yarışmalarda da uğur qazanıb. O, müəlliflərindən biri olduğu şəhərsalma layihəsinə görə 2025-ci ildə "International Design Awards" (IDA) tərəfindən gümüş medal, "Youth Sustainable Innovation Summit" (YSE) çərçivəsində keçirilən "2025 Green Award" müsabiqəsində isə qızıl mükafatla təltif edilib. (İqtisadiyyat.az)


 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkəri çayında batan şəxsin meyiti tapıldı

Həkəri çayında batan şəxsin meyiti tapıldı

Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Alimlərdən uşaqlara vacib tövsiyə – Beyin sağlamlığı üçün bunu edin

Alimlərdən uşaqlara vacib tövsiyə – Beyin sağlamlığı üçün bunu edin

Əl ilə yazmaq yaddaşı gücləndirir

Əl ilə yazmaq yaddaşı gücləndirir

Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı- VİDEO

Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı- VİDEO

Bağırsağı yaxşılaşdırmaq üçün 7 qızıl qayda – Mütəxəssisdən tövsiyələr

Bağırsağı yaxşılaşdırmaq üçün 7 qızıl qayda – Mütəxəssisdən tövsiyələr

Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı – VİDEO

Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı – VİDEO

Vətən torpağında son döyüş... – FOTO

Vətən torpağında son döyüş... – FOTO

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

DİQQƏT! Formula-1-ə görə bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir – SİYAHI

DİQQƏT! Formula-1-ə görə bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir – SİYAHI

Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM

Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi – ADLAR

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi – ADLAR

Həyat eşqini söndürən xəstəlik – Hər üç adamdan birində var

Həyat eşqini söndürən xəstəlik – Hər üç adamdan birində var

Pəncəlinin ailəsində xoş gün- Anar Ələkbərov da iştirak etdi – FOTO

Pəncəlinin ailəsində xoş gün- Anar Ələkbərov da iştirak etdi – FOTO

İnsanlar niyə süngər və pətək görüntülərinə baxanda narahat olur?

İnsanlar niyə süngər və pətək görüntülərinə baxanda narahat olur?

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - Video

Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - Video

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb - FOTO

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb - FOTO

Xankəndidə Şəhər Gününə hazırlıq gedir - FOTO

Xankəndidə Şəhər Gününə hazırlıq gedir - FOTO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanıldı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanıldı

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Səbinə Əliyeva: “Erməni əsilli məhbuslarla bağlı yayılan xəbərlər qərəzli siyasi məqsəd daşıyır”

Səbinə Əliyeva: “Erməni əsilli məhbuslarla bağlı yayılan xəbərlər qərəzli siyasi məqsəd daşıyır”

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

End of content

No more pages to load

RADİO