Vətən torpağında son döyüş... – FOTO

Qarabağ hər nə qədər işğal dövründə hüzn, kədər, ağrı-acı ilə milli yaddaşımızda iz buraxsa da, qəhrəmanlıq salnaməmizin yazıldığı müqəddəs torpaqlar kimi də hopdu milli yaddaşımıza. Bu mübarizə salnaməsində DİN-in Daxili Qoşunlarının öz yeri, öz hünəri, öz rəşadətli döyüş yolu var. Onun sıralarında neçə-neçə qəhrəman döyüşüb, bu gün də Vətənin keşiyində dayanır. Bəlkə də çavuş Zahir Əliyevi də Daxili Qoşunların sıralarına məhz bu tarixi xidmət yolu gətirmişdi.

Bizim.Media xəbər verir ki, Lerikin Soru kəndində böyüyən Zahir Əliyev 18 yaşında, 2005-ci ilin iyulunda hərbi xidmətə yollananda minlərlə azərbaycanlı gənc kimi Vətən qarşısında əsgərlik borcunu yerinə yetirməyə gedirdi. Xidmət yeri Daxili Qoşunlar olur və əsgərliyini başa vurub doğma yurda qayıdır.

Amma hərbi xidmət onun üçün arxada qalan gənclik xatirəsi olmur. Bir müddətdən sonra yenidən Daxili Qoşunların sıralarına qayıdır, ancaq bu dəfə onun qarşısında müddətli əsgərlik yox, seçdiyi şərəfli peşənin ağır məsuliyyəti də vardı.
 

1987-ci il yanvarın 4-də Lerik rayonunun Soru kəndində anadan olan Zahir Sədi oğlu Əliyev 2013-cü ildə Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə başlayandan sonra müxtəlif vəzifələrdə xidmət edib. Əvvəlcə xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcı-sanitarı olub. Sonrakı illərdə radiostansiya rəisi, atıcı-radiotelefonçu kimi xidmət edib. 2020-ci ilin martından isə xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsində atıcı vəzifəsini yerinə yetirib.


Bu vəzifələrin hərəsinin öz məsuliyyəti, öz hazırlığı vardı. Birində silahdaşına ilkin tibbi yardım göstərmək bacarığı tələb olunurdusa, digərində rabitənin fasiləsizliyini təmin etmək, məlumatı vaxtında çatdırmaq vacib idi. İllər keçdikcə Zahir hərbi xidmətin müxtəlif istiqamətlərində təcrübə toplayır, peşəkar hərbçi kimi püxtələşir.

2020-ci ildə Vətən müharibəsi başlayanda o, artıq yeddi ildən çox idi ki, Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda döyüşdüyü həmin günlər bütün ölkə kimi daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti üçün də xüsusi məsuliyyət dövrü idi. Qarşıya qoyulan tapşırıqların icrası hər bir hərbi qulluqçudan yüksək hazırlıq və intizam tələb edirdi.

Zahirin xidmətində onillik həddin tamamlanması da diqqətdən kənarda qalmır və qüsursuz həqiqi hərbi xidmətinə görə 2022-ci ildə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilir.
 

2023-cü ilin sentyabrında Qarabağda lokal xarakterli antiterror tədbirləri başlayanda çavuş Zahir Əliyev də döyüş tapşırığı alan Daxili Qoşunların hərbi qulluqçuları sırasında idi. Sentyabrın 19-dan 20-nə keçən gecə Laçın rayonunun Nağdalı kəndindən Vəngli istiqamətində hərəkət edən dəstə yol boyu silahlı hücumlarla üzləşir.


Vəngliyə az qalmış yolun kənarlarından yenidən intensiv atəş açılır, hərbçilərimiz mövqelənərək döyüşə girirlər. İllərlə keçirilən hazırlıqların, qazanılan hərbi təcrübənin gerçək döyüş meydanında sınağa çəkildiyi həmin ağır gecədə çavuş Zahir Əliyev sonadək vuruşaraq şəhid olur.

O, Daxili Qoşunların əsgəri kimi qorumağa and içdiyi Vətən uğrunda illər sonra çavuş kimi canından keçdi. Gəncliyində qəlbində daşıdığı Vətən sevgisi beləcə onun ömür yolunun həm seçiminə, həm də son sözünə çevrildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması zamanı döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlığa görə çavuş Zahir Sədi oğlu Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkəri çayında batan şəxsin meyiti tapıldı

Həkəri çayında batan şəxsin meyiti tapıldı

Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Alimlərdən uşaqlara vacib tövsiyə – Beyin sağlamlığı üçün bunu edin

Alimlərdən uşaqlara vacib tövsiyə – Beyin sağlamlığı üçün bunu edin

Əl ilə yazmaq yaddaşı gücləndirir

Əl ilə yazmaq yaddaşı gücləndirir

Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı- VİDEO

Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı- VİDEO

Bağırsağı yaxşılaşdırmaq üçün 7 qızıl qayda – Mütəxəssisdən tövsiyələr

Bağırsağı yaxşılaşdırmaq üçün 7 qızıl qayda – Mütəxəssisdən tövsiyələr

Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı – VİDEO

Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı – VİDEO

Vətən torpağında son döyüş... – FOTO

Vətən torpağında son döyüş... – FOTO

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

DİQQƏT! Formula-1-ə görə bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir – SİYAHI

DİQQƏT! Formula-1-ə görə bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir – SİYAHI

Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM

Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi – ADLAR

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi – ADLAR

Həyat eşqini söndürən xəstəlik – Hər üç adamdan birində var

Həyat eşqini söndürən xəstəlik – Hər üç adamdan birində var

Pəncəlinin ailəsində xoş gün- Anar Ələkbərov da iştirak etdi – FOTO

Pəncəlinin ailəsində xoş gün- Anar Ələkbərov da iştirak etdi – FOTO

İnsanlar niyə süngər və pətək görüntülərinə baxanda narahat olur?

İnsanlar niyə süngər və pətək görüntülərinə baxanda narahat olur?

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - Video

Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - Video

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb - FOTO

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb - FOTO

Xankəndidə Şəhər Gününə hazırlıq gedir - FOTO

Xankəndidə Şəhər Gününə hazırlıq gedir - FOTO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanıldı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanıldı

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Səbinə Əliyeva: “Erməni əsilli məhbuslarla bağlı yayılan xəbərlər qərəzli siyasi məqsəd daşıyır”

Səbinə Əliyeva: “Erməni əsilli məhbuslarla bağlı yayılan xəbərlər qərəzli siyasi məqsəd daşıyır”

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

End of content

No more pages to load

RADİO