Mingəçevir su anbarının Samux rayonu ərazisindən keçən hissəsində balıq tutmaq istəyən kişi suda boğularaq ölüb.
Bizim.Media xəbər verir ki, 1961-ci il təvəllüdlü Yevlax rayonu, Xanabad kənd sakini Kərimov Xaləddin Sabir oğlu 26.08.2026-cı il tarixdə, saat 07 radələrində Mingəçevir su anbarının Samux rayonu ərazisinə düşən hissəsindəki Alazan çayının yaxınlığında balıq tutmaq üçün qayıqla suya girərkən ehtiyatsızlıqdan suya düşüb.
Mərhumun meyiti 28.08.2026-cı il tarixdə Mingəçevir su anbarının Samux rayonu ərazisində düşən hissəsindən aşkar edilib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma davam etdirilir.
Bizim.Media