Məmməd Ağayev Moskva Akademik Satira Teatrının direktoru vəzifəsini tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə teatrın bədii rəhbəri Sergey Qazarov məlumat verib.
Ağayev 1985-ci ildən teatrda baş idarəçi, rejissor köməkçisi, direktor müavini, idarəedici direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından isə Moskva Akademik Satira Teatrının direktoru olub.
Onun yerinə kimin təyin ediləcəyi hələ ki bəlli deyil. (APA)
Bizim.Media