Azərbaycanın Xalq artisti, korifey ifaçılarımızdan biri olan Elmira Rəhimova bir müddət öncə koronavirusa yoluxmuşdu.
Bizim.Media 80 yaşını tamamlayan sənətçinin hazırki vəziyyəti ilə maraqlanıb.
Telefon zəngimizi oğlu Anand Əliyev cavablayaraq, sənətçinin səhhətində hər şeyin qaydasında olduğunu bildirib:
“Elmira xanım hazırda Bakıda deyil. Səhhəti çox şükür ki, qaydasındadır. Koronavirusa yoluxub sağaldıqdan sonra çətinliklər çəkdi, amma müalicələr, dərmanlar sayəsində özünə gəlməyi bacardı. Diqqətiniz, maraqlandığınız üçün minnətdaram”.
Səkinə Yusibli, Bizim.Media