Bu gün Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılıb.
Mərkəzdən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda ilk dəfə keçirilən “Minnətdarlıq” (“Gratitude”) adlı sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımından müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdirilib.
Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola biləcəklər.
Heydər Əliyev Mərkəzində təşkil ediləcək “Minnətdarlıq” sərgisi 2022-ci il iyunun 19-dək davam edəcək.
Qeyd edək ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Bizim.Media


