Xalq artisti Əlibaba Məmmədovun səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, 92 yaşlı xanəndə ayaqlarının tutulduğunu bildirib.
"Evdən çölə çıxmıram. Çünki yeriyə bilmirəm. Ayaqlarımda problem yaranıb. Evdə müalicə olunuram. İnşallah yaxşı olar", - deyə, Ə.Məmmədov Lent.az-a açıqlamasında deyib.
Qeyd edək ki, Ə.Məmmədovun bir neçə ay öncə qızı dünyasını dəyişib.
Bizim.Media