Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.
Bu barədə Bizim.Media-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Q.Paşayeva TÜRKSOY xətti ilə keçiriləcək Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubiley mərasimində iştirak edəcək.
Tədbirdə söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs ediləcək, onun ədəbi irsindən nümunələr səsləndiriləcək.
Bizim.Media