Noyabrın 20-də “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” baleti yenidən səhnəyə qoyulub.
Bizim.Media xəbər verir ki, görkəmli bəstəkar Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulmuş tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Xoreoqrafik triptix kimi düşünülmüş və həyata keçirilmiş baletdə böyük şairin həyatının üç məqamı - şair və hakimiyyət, şair və məhəbbət, şair və ilham pərisi təsvir olunub.
Bizim.Media