2-ci Qarabağ müharibəsindən bəhs edən film çəkilir - FOTO

İkinci Qarabağ müharibəsi, Vətən savaşındakı şanlı qələbəmizin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni ekran əsəri lentə alınır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı filmin redaktoru Həmidə Rüstəmova yayıb.

O bildirib ki, film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsidir:

"Müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Əliyevdir. Layihənin rəhbəri Pərvinə İsmayılovadır. Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır.
 

Biz film vasitəsilə döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəyik.


Süjetdə əsas etibarilə bu qadınların həyatının müəyyən dövrünü əhatə edən epizodlar öz əksini tapır. Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulub. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür".

"Artıq əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alırlar.

Psixoloji dramda əsas rolları Respublikanın xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər.

“Oyuq” teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb.

Film ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək", H.Rüstəmova qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

End of content

No more pages to load

RADİO