Azərbaycanın mədəniyyət xəzinəsi hər zaman zəngin olub. İstər rəssamlıq, istər musiqi, istərsə teatr və kino xadimlərimiz hər zaman öz peşəkarlığı və fövqəladə istedadları ilə seçiliblər.
Bəzilərində belə bir fikir var ki, çağdaş Azərbayan rəssamlığı dünyada bir o qədər də tanınmır. Yəni, Azərbaycan rəssamları (eləcə də, bəstəkarları, musiqiçiləri, rejissorları) dünya ilə səsləşəcək işlər ortaya qoya bilmirlər.xa0
Moderator.az silsilə yazılarında məhz bu məsələlərə dəqiqlik gətirməyə çalışacaq. Başlayaq rəssamlardan. O rəssamlardan ki, onlar hazırda başqa ölkələrdə yaşayır, çalışır, yaradıcılıqla məşğul olurlar. Buna baxmayaraq, Azərbaycanı da heç zaman unutmur, elə gördükləri işlərlə ölkəyə xidmət edirlər.xa0
Məzahir Ərtuğ Avşar - UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM ”“ Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Səlcuq Universitetinin Sənət və dizayn fakültəsinin professorudur.
1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Monumental rəssamlıq fakültəsini bitirib. 1978-1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub.
Müəllimlik fəaliyyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub. Professor kimi həmin fakültənin Keramika kafedrasının müdiri vəzifəsində on il (2000-2010) çalışıb. Hazırda həmin universitetin Sənət və tasarım fakültəsinin professoru və Seramik tasarım kafedrasının müdiridir.
1999-cu ildə Türkiyə prezidenti tərəfindən Ankara Çankaya Köşkündə "Türk Dünyasına Hizmət" mükafatı ilə mükafatlandırılıb. 1986-cı ildə SSRİ Rəssamlar İttifaqına, 1989-cu ildə SSRİ Dizaynerlər İttifaqına üzv qəbul olunub. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM ”“ Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvüdür.
Sənan Eynullayev - 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltəraş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır.
Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltəraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini hazırlayıb. Heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var.xa0
Türkiyədə buraxılan 2008-ci il təqvim-kataloquna azərbaycanlı rəssam Sənan Eynullayevin son illərdə çəkdiyi yağlı boya əsərləri də daxil edilib.xa0
İstanbulun Əsənyurd bələdiyyəsinin "Türk böyükləri" mövzusunda heykəllər ucaldıllması üçün elan etdiyi tenderdə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev qalib gəlib
Səid Rüstəm -xa0 Əvvəlcə Gəncə Pedaqoji Məktəbində, sonra isə Tiflis Rəssamlıq Akademiyasında təhsil alıb. Gəncəlilər onu şəhərdəki 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin müəllifi kimi tanıyırlar. 1993-cü ildə Türkiyə Mədəniyyət Nazirliyinin dəvəti ilə Türkiyəyə gedən heykəltəraşın yaradıcılığı əsasən qardaş ölkədə davam edib.xa0
Onun yaratdığı abidələr Türkiyənin müxtəlif şəhərlərində ucaldılıb. Rəssamın “Fateh Sultan Mehmet”x9d, “Atatürk”x9d, “Osman ağa və silahdaşları”x9d, “Çavuş Həlimə”x9d, “Yanığın Əminə”x9d və “Topal Osman və silahdaşları”x9d, eləcə də insanlarıa bütün qələbələrində yardımçı olan birlik qaynağına ucaldılan “Türklük”x9d abidəsi Türkiyədə çox məşhurdur.xa0
Teymur Ağalıoğlu- 1953-cü ildə Gürcüstanın azərbaycanlılar yaşayan rayonunda anadan olub.xa0 Əvvəlcə Bakıdakı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə Tiflis İncəsənət Universitetini bitirib. Hazırda Türkiyədə yaşayır və Azərbaycanı dünyanın bir çox ölkələrində keçirdiyi sərgilərlə təmsil edir.xa0
Teymurxa0 Rzayev ”“ 1959 ”“ Bakıda anadan olub.xa0 İlk sənət təhsilinixa0 Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb.xa0 Bakalavr və magistr proqramını professor Mikayıl Abdullayevin emalatxanasında tamamlayıb.xa0 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək doktorluq elmi dərəcəsini qazanmışdır. 2014-cü ilin iyulunda Türkiyə Üniversitetlərarası İdarə Heyətindən Plastik Sənətlər Sahəsində dosent adını alıb
(ardı var)
Elmin Nuri