Şuşada “Dövri-səda” adlı konsert proqramı təqdim OLUNDU – FOTO

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın sevilən məkanlarından birində – Natəvanın evi qarşısında “Dövri-səda” adlı konsert proqramı təqdim olunub.

Bizim.Media xəbər verir ki, konsert çərçivəsində Əməkdar artist Vüqar Camalzadənin ədvar sistemi üzrə bəstələdiyi 8 musiqinin Qədim Musiqi Alətləri Ansamblının ifasında təqdimatı olub.

Ədvar Şərq musiqisində “sistemçilik” adı ilə məşhur məktəbin banisi olan Səfiəddin Urməvinin yaradıcılığının Şərq musiqi nəzəriyyəsi sahəsində ən böyük nailiyyətidir. Ədvar sistemi ilə Azərbaycan, eləcə də bütün Şərq musiqisinin əsasını təşkil edən səs kompleksləri sistemi qaydaya salınır.
Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr Rövşən Məmmədov, Hüseyn Məlikov, Aysel İbrahimova və digərləri Molla Pənah Vaqifin qəzəlləri ilə yanaşı, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsüm Nəvvab, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin ölməz əsərlərindən parçalar ifa edib, hər ifadan əvvəl isə qiraətçilər qəzəllərdən parçalar təqdim ediblər.

İncəsənət ustalarının bir-birindən maraqlı ifaları izləyicilərin zövqünü oxşayıb. Konsert proqramı maraqla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York meri çin dilində VİDEO yayımladı

İslam Mahaçev: “Biz Rusiya olaraq dünyada bir nömrə olduğumuzu sübut etdik!” - VİDEO

Ronaldonun gizli toyunun yeni detalları: Ailəsi mərasimdən 30 saniyə əvvəl xəbər tutub

Cənubi Koreya bu il ilk dəfə Şimali Koreya hərbçilərinə xəbərdarlıq atəşi açdı - FOTO

Azərbaycanın bəzi rayonlarında leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldi

Son gündə Rusiyanın 2204 hədəfi vurulub - 416 hərbçi həlak olub - FOTO

Təzyiqin intensiv şəkildə aşağı salınması təkrar insult riskini 38 faiz azaldır

Lukaşenko: “Belaruslar keyfiyyət nişanlı ruslardır” - VİDEO

Bu gecə Moskva istiqamətinə 600 PUA uçub - VİDEO

Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Pentaqon rəhbəri tədbirdə burnunu sildi - Məsxərəyə qoyuldu - VİDEO

Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü

Moskva yaxınlığında Wildberries-in nəhəng logistika kompleksi yanır - VİDEO

Bakının 556 küçəsi yuyuldu - FOTO

Bakının 556 küçəsi yuyuldu - FOTO

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi

Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür

Bu gün "Sumqayıt" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Serbiyada Dunay çayı dayazlaşır - Ən aşağı səviyyə

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

End of content

No more pages to load

RADİO