Beynəlxalq Muğam Müsabiqəsində ikinci tura keçənlər bəlli oldu - FOTO

İyunun 20-də “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun növbəti mərhələsi təşkil edilib. 

Bizim.Media xəbər verir ki, dinləmələr ilk olaraq instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. 

Bu kateqoriyada püşkatmada adları çıxan digər 6 iştirakçı - Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Hasan Kiriş (Türkiyə), Farxodbek Madaminov, Toshtemur Shukrullayev (Özbəkistan), Ofir Viflich (İsrail), daha sonra xanəndəlik kateqoriyası üzrə digər 5 ifaçı - Xəyal Hüseynov, Mirəli Sarızadə (Azərbaycan), Sohiba Abdullayeva, Alibek Saparboev (Özbəkistan), İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər. 

Sonra müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanmış ifaçıların adı açıqlanıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan), İsa Shokri Charandabi (İran) müsabiqənin ikinci turuna vəsiqə qazanıblar. 

Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir.

Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı yarışıb. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.  
Qeyd edək ki, iyunun 21-də müsabiqənin ikinci turunun dinləmələri təşkil ediləcək. Dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq.  


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərlə xolesterini izləyən plastır hazırlandı

Tərlə xolesterini izləyən plastır hazırlandı

Nyu-York meri çin dilində VİDEO yayımladı

Nyu-York meri çin dilində VİDEO yayımladı

İslam Mahaçev: “Biz Rusiya olaraq dünyada bir nömrə olduğumuzu sübut etdik!” - VİDEO

İslam Mahaçev: “Biz Rusiya olaraq dünyada bir nömrə olduğumuzu sübut etdik!” - VİDEO

Ronaldonun gizli toyunun yeni detalları: Ailəsi mərasimdən 30 saniyə əvvəl xəbər tutub

Ronaldonun gizli toyunun yeni detalları: Ailəsi mərasimdən 30 saniyə əvvəl xəbər tutub

Cənubi Koreya bu il ilk dəfə Şimali Koreya hərbçilərinə xəbərdarlıq atəşi açdı - FOTO

Cənubi Koreya bu il ilk dəfə Şimali Koreya hərbçilərinə xəbərdarlıq atəşi açdı - FOTO

Azərbaycanın bəzi rayonlarında leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldi

İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldi

Son gündə Rusiyanın 2204 hədəfi vurulub - 416 hərbçi həlak olub - FOTO

Son gündə Rusiyanın 2204 hədəfi vurulub - 416 hərbçi həlak olub - FOTO

Təzyiqin intensiv şəkildə aşağı salınması təkrar insult riskini 38 faiz azaldır

Təzyiqin intensiv şəkildə aşağı salınması təkrar insult riskini 38 faiz azaldır

Lukaşenko: “Belaruslar keyfiyyət nişanlı ruslardır” - VİDEO

Lukaşenko: “Belaruslar keyfiyyət nişanlı ruslardır” - VİDEO

Bu gecə Moskva istiqamətinə 600 PUA uçub - VİDEO

Bu gecə Moskva istiqamətinə 600 PUA uçub - VİDEO

Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Pentaqon rəhbəri tədbirdə burnunu sildi - Məsxərəyə qoyuldu - VİDEO

Pentaqon rəhbəri tədbirdə burnunu sildi - Məsxərəyə qoyuldu - VİDEO

Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü

Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü

Moskva yaxınlığında Wildberries-in nəhəng logistika kompleksi yanır - VİDEO

Moskva yaxınlığında Wildberries-in nəhəng logistika kompleksi yanır - VİDEO

Bakının 556 küçəsi yuyuldu - FOTO

Bakının 556 küçəsi yuyuldu - FOTO

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi

Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür

Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür

Bu gün "Sumqayıt" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Bu gün "Sumqayıt" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Serbiyada Dunay çayı dayazlaşır - Ən aşağı səviyyə

Serbiyada Dunay çayı dayazlaşır - Ən aşağı səviyyə

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

End of content

No more pages to load

RADİO