Aktrisa Ülviyyə: “Bu açıqlamalarımdan sonra üzümə qapılar bağlanacaq” – ÖZƏL 

Bir neçə gündür aktrisa Ülviyyə Əliyeva ilə Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev arasında yaşanan gərginlik səngimək bilmir. Ə.Lalayev aktrisanın fəxri ada layiq görülmədiyi haqda mətbuata açıqlama verib.

O bildirib ki, Prezident mükafatı yalnız iş təcrübəsi 20-25 ilə yaxın olan aktyorlara verilir. 

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı aktrisa Ülviyyə Əliyeva ilə əlaqə saxlayıb.

Sənətçi fəxri adla bağlı verdiyi səs-küylü açıqlamalardan sonra təltiflərdən uzaq qalacağını dilə gətirib:

“Siyahılara nəzər yetirsəniz görərsiniz ki, son beş ildə kimlər fəxri ada layiq görülüb və neçə il teatrda işləyiblər? Ondan sonra biləcəksiniz ki, yalan, yoxsa dogru danışıram. Mənim 25 il iş təcrübəm var. Akademik Musiqili Teatrda çalışdığım zaman Əliqismət Lalayev iki il mənə qarşı haqsızlıq etdiyinə görə, oradan inciyib çıxıb getmişdim. Amma yenə də sənətdən uzaq olmamışdım. Seriallara çəkilirdim, “Zəhmetkeş ulduzlar” verilişinin aparıcısı idim.

Biz Qapanlı, Lələtəpə, Füzuli, Qarabağ ərazisi alınmamışdan əvvəl orada da verilişləri çəkirdik, əsgərlərimizlə görüşürdük. Bir sözlə sənətdən geri qalmırdım. Əksinə, daha da püxtələşib, sevilib, tanınırdım. Hazırda Akademik Musiqili Teatrda və Dövlət Kukla Teatrında çalışıram. Yaradıcı insanam və yalnız sənətlə məşğul olmuşam. O zamanlar gənc idim və teatrda çalışırdım.

Ə.Lalayev gənclər günündə “İlin aktyor və aktrisası” fəxri adlar veriləndə, o siyahıda adım yox idi. Nə gəncliyimdə, nə də ki, indi bu yaşımda hər zaman diqqətdən kənarda olmuşam, olmaqda davam edirəm. Əminəm ki, bu söhbətlərdən sonra adımı heç bir siyaha salmayacaqlar, təltif və fəxri adlardan uzaq qalacağam. Amma bunu göz önümə gətirib danışdım. Danışmıram pis oluram, qoy elə danışım pis olum.

Son illər ümumiyyətlə, fəxri adlar verilmir. Amma mükafat və təltifi teatrın direktoru yazmalıdır ki, Mədəniyyət Nazirliyi mənə bunu versin. Onların bu məsələdə günahı yoxdur. Əsas iş yerim Akademik Musiqili Teatrıdır. Oradan mükafatla bağlı adım siyahıya yazılmalıdır ki, mən də mükafat alım. Bu işlər olmadığından təltiflərdən kənarda qalmışam. Yeni Mədəniyyət nazirimiz Adil Kərimli çox ədalətli bir insandır.

Hamı bilir ki, alın tərim, halal zəhmətim və əziyyətimlə bu sənətə gəlmişəm. Bu gün ortaya çıxan aktrisa deyiləm. 1998-ci ildən Dövlət Gənclər Teatrında çalışıram və o illərdən bu sənətə gəlmişəm. İstedadım da göz önündədir”.

Sənətçi bildirib ki, sözügedən məsələ ilə bağlı bir neçə dəfə Ə.Lalayevə müraciət etsə də, lakin qarşı tərəf ondan gözləməyini istəyib:

“Əliqismət Lalayevlə dəfələrlə bu mövzuda söhbətlərimiz olub. Bu, birinci dəfə deyil. Hər dəfə də deyib ki, gözlə, səndən öndə mükafat alacaq insanlar var. Böyük-kiçik yerini bilən insanam. İllərlə gözlədim. Amma baxanda ki, həmin teatrda 4-5 il çalışanlar mükafat, fəxri ad alır, artıq susa bilmədim. Baxıb görürəm ki, yaşı iş stajım qədər olan sənətçilər mükafat alırlar. Bəlkə gələn il alaram deyib, susmuşam. Amma gördüm ki, susmaqla iş düzəlmir. Artıq səbr kasam daşdı.

Mənim də haqqımdır mükafat və fəxri ad almaq. Orada mənim kimi bir sıra aktyorlar var ki, susurlar, danışmırlar. Çünki buna cəsarətləri çatmır. Amma mən onlardan cəsarətliyəm. Baxmayaraq ki, bu açıqlamalarımdan sonra üzümə qapılar bağlanacaq, amma mən artıq susmayacağam və danışacağam. Buna da haqqım çatır”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

End of content

No more pages to load

RADİO