Sevgilin səni tərk edib - Onu geri qaytarmağa dəyərmi?


Beynində yalnız bir fikir var: «Hər şey qurtardı! Hər şey qurtardı!»... Amma qəlbinin dərinliklərində hiss edirsən - O, hələ də səninlədir. O və sadəcə o... Vaxt keçir, sənin düşüncələrin yalnız onu necə qaytara biləcəyindən ibarətdir. Bunu necə etməli? Səni tərk etmiş sevgini geri qaytarmaq olarmı? Buna dəyər? Sevdiyin insan uğrunda mübarizə aparmaq lazımdır, yoxsa sınmış ürəyi yenidən bərpa etmək mükün deyil? 

Moderator.az xarici mətbuata istinadən bunun səbəblərini və nəticəni təqdim edir:

Tənhasan

Hələ bir müddət əvvəl başqa rəfiqələrin kimi sənin də sevgilin var idi. Hərdən görüşür, gözəl vaxt keçirirdiniz: parkda əl-ələ gəzintilər, kafedə şirin söhbətlər... İndi sən tənhasan, xoşbəxt rəfiqələrin arasında özünü yaxşı hiss etmirsən. Hamınız bir yerə yığışanda sən üzündə təbəssüm, sevgililəri ilə əl-ələ tutub gedən rəfiqələrinin arxasınca baxırsan. Evə tək qayıdırsan, çünki artıq səni ötürəcək insan yoxdur... Kiməsə zəng edib, nəyisə müzakirə etmək istəyirsən, amma anlayırsan - sənin zəng edəcək adamın belə yoxdur. Həmin an tənha keçirtdiyin dəqiqələrin bir daha geri qayıtmaması üçün əlindən gələni etməyə hazırsan. Beyninin sağ yarımkürəsində pəncərə açılır: burada səni atıb gedən sevgilinlə keçirtdiyin və keçirə biləcəyin xoş anlar əks olunur. Düşünməyə başlayırsan: onun getməsinə icazə verməməliydim. Yanlış hərəkət etdim. Həmin an beyninə yeni düşüncələr gəlir: onu qaytarmalıyam...

Məsləhət: Stop! Stop!
Təkcə bu yox! Hekayəni ayıq başla, başdan-ayağa kimi nəzərdən keçirt, özünü aldatmadan hər şeyi qiymətləndir... Onun mənfi hərəkətlərini gözünün önünə gətir. Vaxtını onu qaytarmağa sərf etmək - bu sənin ağlına gələn ən pis ideyadır. Səni qınaya bilmərik. Əhvalın o qədər pisdir ki, onun qayıtması ilə hər şeyi düzəldə biləcəyini düşünürsən. Hiss etdiklərinin hamısı normaldır. Amma oturub, günü-gündən daha da pisləşməyi gözləmə. Sərbəst yaşamağı və özünə dəyər verməyi öyrən. Sevgiyə gec və ya tez ehtiyac duymaq, aşiq olmaq kimi hisslər bütün canlılara məxsusdur. Ancaq gərək sevgi düşünülmüş yox, həqiqi olsun.
Sən günahkar olduğunu anladın

Onun hissləri ilə oynadın - güclü və düşünmədən. Bəlkə də düşüncəsizliyin nəticəsində onun hisslərini və arzularını rədd edərək sevgini bitirdin. Bütün bunlar onun beynində bir nəticəyə gətirib çıxartdı: yaxşısı budur ki, ayrılaq. Sənsə, həmişə olduğu kimi son anda başa düşdün ki, ona nə qədər dəyər verirmişsən. Onsuz həyatının rəngarəng səhifələri ağ-qara qəzetlər kimi solğun və qaranlıq, mənasız və darıxdırıcı olacaq. Hər səhər yuxudan onun zəngi və ya mesajı ilə oyanmaq hər şeydən önəmlidir. Onun əlindən tutub, sahildə çılğın sevgililər kimi dolaşmaq üçün əlindən gələni etməyə hazırsan. Amma hələ də qürurunu sındırıb, geri qayıtması üçün nəsə etməyi düşünmürsən.

Məsləhət: Ziyanın yarısından qayıtmaq da xeyirdir!
Əgər onun varlığı və münasibətiniz sənin üçün real stimuldursa qürurunu bir kənara qoyub, səhvlərini düzəldib, onu geri qaytarmağa çalış. Elə bu dəqiqə onun yanına qaçıb, üzr istə. Yəqin o da sənə bu qədər çox önəm verir. Elə buna görə də o günahlarını bağışlayacaq. Yox, əgər sən dəyişmək fikrində deyilsənsə və günahkar olduğunu düşünmürsənsə, onda onu rahat burax; nə ona, nə də özünə əzab vermə, sadəcə burax getsin... Əks-halda sevgi macəranızın ikinci hissəsi başlayacaq, amma bir az fərqli: söz-söhbət və dava-dalaşla dolu səhnələrlə bol bir münasibət.... Finalda isə yenə də həmin ayrılıq səhnəsi olacaq... 
Bütün bunlara başqa yöndən bax. Ola bilsin ki, ayrılmağınızın tək səbəbkarı sən deyilsən. Ondan qayıtmasını istədiyin vaxt, o tam fərqli cavab verir: hər şeyi olduğu kimi saxlayaq, yenidən birləşməyin mənası yoxdur. O, sənin özünü günahkarbilmə hisslərindən istifadə edib. Hər iki hal xoş deyil.
 
Onu bağışlaya bilərsən

Hər şey tam əksinə ola bilərdi. Ola bilsin ki, sizin hekayədə sən tamam fərqli tərəfdə dayanırdın. Elə buna görə də o, səni amansızca incidib və münasibətlərinizdəki problemləri ömürlük yox etməyi düşünüb. Bunun üçün tək çarəni səni tərk etməkdə görüb. O, hər dəqiqə səninlə dalaşır, mənasız söhbətlər ortaya atıb, problemlər yaradır. Sonda isə birdəfəlik çıxıb gedir. İndi o, sənə geri qayıdıb, ayaqlarına döşənib, üzr istəməyi ağlına belə gətirmir. Sənsə hələ də əzab çəkirsən, onun bütün günahlarını bir kəlməsi ilə bağışlamağa hazırsan. 

Məsləhət: Fikirləş”¦
Əgər düşünürsən ki, o çətin düzəlib, xasiyyətini dəyişə və yenidən bütün pis epizodlar təkrarlanacaq, onda elə olduğun yerdə qal. Yox, əgər düşünürsən ki, hər şeyi yenidən təkrarlamaq pis olmaz, onda onunla danışmağa çalış; ona hisslərini, düşüncələrini izah et. O, sənin sevgini gözlərindən oxumalıdır və bir baxışla anlamalıdır ki, siz birlikdə olmalısınız. Təkcə onun qarşısına məqsəd qoyma, yoxsa elə düşünəcək ki, onu şantaj edirsən. Oğlanlar bunu qətiyyən xoşlamırlar. Onları idarə etməyə çalışanda hədsiz dərəcədə əsəbiləşirlər. Əgər barışmaq istəmirsə, inad etməyə dəyməz. Əmin ol ki, əgər o, münasibətlərinizi yenidən bərpa etmək istəsə, bunun üçün hər yola əl atacaq.
Sən fikrini dəyişdin

Görüşməyə başladığınız vaxtdan idman etməyi, şəkil çəkməyi və başqa məşğuliyyətlərini tərk etmisən. Bir səhər yuxudan ayılanda anlayırsan ki, bütün uğursuzluqlarının səbəbi «pırtlaşıq saçlı» sevgilindir. Ola bilsin ki, o, çox mülayim və mehribandır, amma sən böyük ciddi cəhdlə özünü təmizə çıxarıb, onu hətta xəyanətdə belə günahlandırmaqdan çəkinmirsən. İndi siz ayrılmısınız. Gün, həftə, ay, hətta yarım il keçir”¦ amma sən hələ də təhsilə əhəmiyyət vermirsən, rəsm çəkdiyin fırçaları isə toz basıb. Bundan sonra anlayırsan ki, bu qədər passivləşməyində günahlandırdığın sevgilinin sən demə, heç bir günahı yox imiş. Onun gedişi ilə həyatında yaranan boşluğu günbəgün daha da çox hiss edirsən. Xatırlayırsan ki, məhz o səhərlər səni yuxudan oyandırır, idmana getməyə məcbur edir, hətta rəsm çəkməyinə də kömək edirmiş. Anlayırsan: həyatda baş verən bütün möcüzələr onsuz mənasızdır.

Məsləhət: Qollarını çırmalayıb, məsələni həll etməyə hazırlaş
Ona «məni bağışla!» yazılmış mesajı göndərmədən əvvəl yaxşı-yaxşı götür-qoy et: onunla yenidən bir araya gəlib, münasibət qurmağa hazırsanmı? Bunu həqiqətən istəyirsən? Öz günahlarını başqasının üstünə yıxmayacaq qədər böyüdün? Əgər bütün bu suallara ürəkdən «hə» deyirsənsə, onda heç gözləmədən onun yanına get və hələ də içində ona qarşı sevgidolu hisslər olduğunu de. Əgər suallara «yox» deyirsənsə, onda izaha ehtiyac yoxdur.
Mənasız bir məsələ ucbatından ayrıldınız

Düşünmə ki, mənasız anlaşılmazlıqlar yalnız komik filmlərdə olur. Real həyatda da belə hadisələrlə qarşılaşmaq mümkündür. Siz ayrılmısız, amma səbəbi hələ də öyrənə bilmirsən. Onun heç nə demədən səni tərk etməsi, zənglərinə cavab verməməsinə dəli olursan. Axı görəsən nə baş verib? Hər gün ağlayırsan... və bir gün məlum olur ki, ayrılmağınıza mənasız yalanlar səbəb olub: kimsə ona ya səni bir başqası ilə şəhərdə gördüyünü, ya facebook-a ondan xəbərsiz başqa oğlan «qəbul etdiyini», ya da facebook-da səhifənə yazdığın bir sözü deyib. Halbuki, şəhərdə gəzdiyin sənin xalan oğlu, facebook-a qəbul etdiyin yeni dost isə qohumlarından biridir.

Məsləhət: Hər şeyi aydınlaşdırmağın vaxtıdır
Əgər zənglərinə cavab vermirsə, mesaj yaz. Sevdiyin insan sənə həqiqətən vurğundursa, gec, ya da tez bütün problemləri həll edib, yenidən birləşəcəksiniz. Yox, əgər barışmaq alınmırsa, özünə əzab verməyə dəyməz. O, doğrudan da sənə lazımdır? Sənə inanmayan və dəyər verməyən biri üçün bu qədər əzab çəkmək düzgündür? Axmaq bir anlaşılmazlıq ucbatından səndən ayrılan insan bu qədər diqqətə layiq deyil. Bunları düşün, əmin ol ki, onu unutmaq o qədər də çətin olmayacaq.
Qısqanclıq 

Nə üçün ayrılmağınızın heç bir əhəmiyyəti yoxdur. Keçmiş sevgilin olmadığı müddətdə rahat və xoşbəxt yaşayırdın, onun yoxluğunda qəlbin heç narahat deyildi... Ta ki, onu yeni sevgilisi ilə görənə qədər. Sən anladın: uzun müddətdir yalnız sənə aid olan indi başqasınındır. İndi o sənin yox, onun varlığını arzulayır... Sənin yox, onun saçlarını sığallayır... Sevgidolu baxışları ilə onun gözlərinə baxır... Bununla qətiyyən razı deyilsən! Axı o, sənə aiddir... Onun səni unutmağa, başqasını sevməyə haqqı yoxdur... 

Məsləhət: O, sənin «əşyandır»
Nə qədər acı olsa da, bu, belədir: sən onu yalnız özünə aid olan əşya kimi görürsən. Onu qaytarmaq istəyirsən, çünki yalnız sən onu necə idarə etməyi, davranmağı bilirsən. Hətta düşünürsən ki, əlini uzatmağınla o, qaça-qaça qollarına atılacaq. İlk növbədə onu qeyd edək ki, bu, belə deyil. «Yerindən qopmuş tükləri qaytarmaq olmaz», hələ əgər onların yerində başqası bitibsə... eləcə də hissləri...  Birincisi, sakitləş, ikincisi başqalarının xoşbəxtliyinə sevinməyi öyrən, üçüncüsü isə bu dərsi ömrünün sonuna kimi unutma. Bu üç amil əlində olana qiymət vermək üçün sənə lazım olacaq.
İşarələr bunu göstərir

Sən onu ilk dəfə görəndə saat 12:57-i idi. Aşiq olacağını düşündüyün an da saat 12:57-i idi... Sonra o 60 nəfər qızın içində nəsə istəmək üçün səni seçdi. Küçədə gedərkən o, gözlərini səndən ayırmır. O, sənin masanın qarşısında oturub, yenidən baxışlarını gözlərinə tuşlayanda anladın: o - sənin arzuladığın insandır. Əminsən ki, sizin sevgi macəranız möhkəm, başgicəlləndirici və xoşbəxt olacaq. Amma nədənsə, sənin qəhrəmanın bütün bunların əvəzinə bir müddətdən sonra öz həyatını yaşamağa başlayır, səninlə maraqlanmır. Bu, soyuqqanlılıq səni özündən çıxarır. Artıq görürsən ki, aranızdakı sevgi qığılcımları sönüb. 

Məsləhət: Hər şeyi götür-qoy et
Aranızda olanları və hətta olmayanları da analiz edib, nəticə çıxartmaq lazımdır. O, səni ələ aldıqdan sonra tamamilə dəyişdi. Demək, ona əlçatmaz biri maraqlıdır. Bağışla, bu vəziyyətdə geri qaytarmağa heç nə yoxdur. Böyük sevgi nağılı sənin beynində qurduğun xəyaldır.
Çünki sizdə həmişə belədir

Bəlkə də 150 dəfə heç nə yolunda getməyib, hər dəfə ikinizdən biri telefonu söndürüb, bir daha geri qayıtmayacağını deyib. Əzab çəkirsiniz və hər ikiniz ürəyinizin dərinliklərində əminsiniz - hər şey yenidən başlayacaq. Belə cütlüklər var: onlar arasında ayrılıq vərdiş halını alıb. Bunun səbəbi çoxdur. Hansısa bir dəqiqədə həyat və münasibət onlar üçün darıxdırıcı olur, bu məqamda macəra axtarmağa başlayırlar. Bəziləri münasibətdə ən maraqlı macəranın ayrılmaq olduğunu düşünürlər. Başqa bir qism isə əzab çəkməkdən həzz alır. Ən dəhşətli hal da var: qətiyyən uyğun gəlməyən insanların bir-birinə aşiq olması: o, motosikletlə gəzməyi, dəlilər kimi rəqs etməyi xoşlayır. Qadınsa evində sakit oturub, övladlarını böyütmək arzusundadır. Belə cütlüklərin münaqişə etmələri belə mənasızdır. Siz nə üçün hələ də birlikdəsiniz? «Burda nə var ki? Hər bir cütlük özü üçün xoşbəxtdir. Əgər onlar biri-birini sevirsə, yollarına maneələr çıxacaq?» - deyə soruşursan? 

Məsləhət: Baş verən hər şey yaxşılığa doğrudur
... bu cür münasibət qəlbi üzür, ürəyi zəiflədir, hissləri öldürür. Vaxt keçəcək, bəlkə də onların hər ikisi həqiqi sevgisi ilə qarşılaşacaq: «Onunla rahatdır, ömrümün sonuna kimi bir yerdə qala bilərəm», deyəcək. Bu zaman da həvəsin olmayacaq. Sevginin sənə hər dəfə əzab verdiyini düşünəcəksən. Sevgidən qorxub, qarşına çıxan bu həqiqəti də rədd edəcəksən. Buna görə də keçmişi qaytarmaqdansa, ona birdəfəlik xətt çəkmək lazımdır. Onu qaytarmaq istəyəndə düşün: bütün ömrünü püskürən vulkan içində keçirtməyə hazırsanmı?
Bilirsən ki, belə lazımdır

Hətta ən əsrarəngiz sevgi belə arada çalxalana bilər. Yaxşı deyiblər: «Çəkişməsən bərkişməzsən». Bunu hətta ayrılıqla da yoxlamaq mümkündür. Artıq siz hər gün görüşmürsünüz, heç həftədə bir dəfə də olsun sənə zəng etmir. Sən də onun qərarına hörmətlə yanaşır, heç nə etmirsən. Amma əhvalın günü-gündən pisləşir. 

Məsləhət: Nəhayət, qərar ver
Özünlə realist ol: beyninin yaddaş kartında keçmişlə bağlı pis nə varsa hamısını - çəkdiklərini, gözyaşlarını, bədbəxt günlərini sil. Bundan sonra da sən onu qaytarmağın mütləq olduğunu düşünürsənsə, onda işə keçməyin vaxtıdır: ona zəng vurub, görüş təyin et. Onun gözlərinin içinə baxaraq, hiss etdiklərini açıq söylə. Əgər sən hələ də yanılmamısansa, o, səni anlayacaq və ömrünüzün sonuna kimi birlikdə olacaqsınız. Əgər hər şey başqa cür cərəyan edirsə, onda - sən hər iki halda nə etmək lazım gəldiyini bilirsən. Ona zəng edib, geri qayıtmasını istədiyin üçün özünü qınama və alçalmış hiss etmə. Ən azından sən, 10 il sonra onunla marketdə qarşılaşanda peşmançılıq hissləri keçirtməyəcəksən.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Əməkdar artist futbol azarkeşi imiş

Əməkdar artist futbol azarkeşi imiş

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

"Heç bir estetik əməliyyatım yoxdur"

"Heç bir estetik əməliyyatım yoxdur"

“Qalatasaray” Rumıniya millisinin üzvü ilə maraqlanır

“Qalatasaray” Rumıniya millisinin üzvü ilə maraqlanır

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

İtkin düşən 13 nəfər tapılıb...

İtkin düşən 13 nəfər tapılıb...

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

End of content

No more pages to load

RADİO