Norveçin Molde və Kristiansund şəhərləri arasındakı sahil yolu dünyanın ən təhlükəli yolu hesab olunur. Atlantik okeanın sahilindəki 8,3 km-lik yol sərt döngələr, sahilə çırpılan dalğalar və sürətli külək üzündən sürücülərə böyük çətinliklər yaşadır.
1989-cu ildə inşa edilən yoldan istifadə edən sürücülər dənizdən əsən güclü külək, dalğalar və qışda donması səbəbindən çox diqqətli olmalıdır. (qaynar.info)