Bu maşınla Bakıdan Qazağa 2 manata getmək olar
İstanbul Universitetinin "Yerli elektrikli avtomobil” qrupu tərəfindən ağılagəlməz dərəcədə ekonomik sayılan avtomobil istehsal edilib. 4 saatlıq enerji yüklənməsi ilə 500 kilometr yol qət edə bilən buavtomobil "T-1" adı ilə Antalyada təqdim edilib.
Qeyd edək ki, 4 saatlıq batareya yüklənməsi üçün elektrik enerjisinin sərfiyyatı 6 Türkiyə lirəsi təşkil edir. Bu da Azərbaycan manatı ilə təxminən 2,5 manat civarında olan məbləğə başa gəlir.
/axar.az/