Yaponların gözündə Allahdan fərqi olmayan imperator.
Moderator.az xəbər verir ki, Hirohito Yaponiyanın 124-cü imperatoru olub. Yaponlar tərəfindən Allah kimi qəbul edilən bu adamla danışmaq, ona toxunmaq, gözlərinin içinə baxmaq qadağan idi. İkinci dünya müharibəsində məğlub olan yaponlar savaşın sonunda amerikalılara təslim olmadılar, çünki onların tək bir şərti var idi: bizi öldürmədən imperatorun ailəsinə toxuna bilməzsiniz.xa0
Hirohito 1926-cı ildə anadan olub və 1989-cu ilə qədər tam 63 il boyunca Yaponiyada imperator olub. Çox savadlı bir adam olan Hirohitonun hər sözü yaponlar üçün Allah kəlamı idi.xa0
Son nəfəslərinə qədər döyüşən yaponlar amerikalıların işinə çətinə salmışdılar. Əgər savaş belə davam edərdisə, amerikalılar 1,5 əsgərini itirmək məcburiyyətində qalacaqdı. Ona görə də yaponların Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıldı. Bununla yaponların təslim olacağını düşünən amerikanlar bu fikirlərinin də boşa çıxdığının şahidi oldular.xa0
Böyük bir çətinliklə yaponları məğlubiyyətə uğradan amerikalılar məhkəmənin qərarı ilə əsgərləri və vəzifəli şəxsləri asıblar. İmperator Hirohito verilən itkilərə görə xalqdan üzrxahlıq edib. Amerikalılar isə bir bəhanə tapıb Hirohitonu həbs etmək istəsələrə də, buna ürək etməyiblər, çünki bilirdilər ki, yaponların “Allah”ı sayılan bu adama toxunmaq 150 milyon insanın ölümünə səbəb olacaq.xa0
Bu qədər itkilərə baxmayaraq Hirohito həmişə yapon xalqı tərəfindən sevilib. Müharibə nəticəsində amerikalıların 7 min əsgəri həlak olub, 21 mini isə yaralanıb. Yaponların isə 20 min əsgəri həlak olub və 8 hərbçisi əsir düşüb. Amerikalılarxa0 əsirlərin sayının 200 nəfər olduğunu desələr də sonradan bunun yalan olduğu məlum olub.xa0
Vasif Əlihüseyn