Həyatı gözəl yaşamaq insanın öz əlindədir. Rahatlığı və azadlığı o özü təyin edir.
xa0Moderator.az gözəl yaşamağın qızıl qaydalarını təqdim edir:
xa0
- Sakitləşin. Sosial stress faktorları, düzgün qidalanmamaq, fiziki aktivlik, piylənmə, spirtli içki, siqaret, narkotik maddə, riskli davranışlar hər biri sağlamlıq üçün riskli amillərdir.
- Hər gün kifayət qədər kalsium qəbul edin. Gün ərzində 2 stəkan süd için və 2 kibrit çöpü qədər pendir yeyin. Orta yaşlardasınızsa, az yağlı süd qəbul edin. Menopauza dövründə olan qadınların gün ərzində 1200 milliqram kalsium qəbul etməsi vacibdir.
-xa0 Günəş vannası qəbul edin. Günəş iki ucu da kəskin qılınc kimidir. Çox şüa dəri xərçənginə yol açar, digər tərəfdən də əhəmiyyətli olan D vitamini ilə bizi təmin edər. Buna görə hər gün 10-15 dəqiqə günəş qəbul edin. Səhər saatlarında günəş qəbul etməniz həm də gecə rahat yatmanıza kömək edəcək.
- Gündə 2-3 litr su için. Hər gün bol-bol su içməyə laqeyd yanaşmayın.
- Həddən çox duz qəbul etməyin. Duz sadəcə şişkinlik yaratmaqla kifayətlənmir, həm də ciddi sağlamlıq problemlərinə yol açır. Həddən çox duz qəbulu qan təzyiqini yüksəldib infarkt riskini artırır.Gün ərzində duz qəbulunda 6 qram həddini aşmayın. Duzun miqdarınınxa0 azaldılması ürək-damar xəstəlikləri riskini dörddə bir, infarkt riskini isə beşdə bir azaldır.
- Həftədə 1100 kalori yandırmaq damar tıxanması və yüksək təzyiqə yol açanxa0 qarın bölgəsindəki yağ toplanmasının qarşısını alır.xa0
- Gün ərzində ən azı 15 dəqiqənizi gülüş üçün ayırın. Gündə 15 dəqiqə ürəkdən gülməklə ürəyinizə gedən qan dövranını yüzdə 50 artıra, infarkt riskini azalda bilərsiniz.
- 0-3 yaşından bəri kifayət qədər flüor qəbul edilməlidir. Bu, həm də gələcəkdə diş çürümələrinin qarşısını alacaq. Flüorun eyni zamanda gel, ya da qarqara şəklində qəbul edilməsi dişdəki bakteriyaların asit ifraz etməsini əngəlləyir.
- Qadınsınızsa, bel çevrəniz 88, kişisinizsə, 98 olmalıdır. Çünki bel çevrəsində yaşanan yağlanma maddələr mübadiləsini yavaşladır, ürək-damar xəstəliyi, yüksək təzyiq, xolesterol və şəkər xəstəliyixa0 riskini yüksəldir.
- Diş təmizliyinə diqqət edin. Diş sağlamlığı ürək sağlamlığı ilə eynidir. Gündəlik diş fırçalamaq və diş ipindən istifadə etmək ömrünüzü 6-7 il artırır.
- 40 yaşından etibarən hər zaman sağlamlığınıza diqqət etməli və ürək sağlamlığınız üçün hər il kardioloji müayinədən keçməlisiniz.
- Şəkər xəstəliyi damar divarlarının elastikliyini korlayır, qanda laxtalanmanı artırır və hüceyrə fəsadlarını asanlaşdırır. Şikayəti olmasa da, yaşı 20-dən yuxarı olanların ildə 1 dəfə şəkər xəstəliyi müayinəsindən keçməsi vacibdir.
-xa0 Fransız elm adamları qanında yüksək miqdarda maqnezium olan kişilərdə hər hansı bir səbəbdən ölmə riskinin aşağı olduğunu bildiriblər. Buna görə gündəlik menyunuza 250 milliqram maqnezium əlavə edin.