Moderator.az xəbər verir ki, Sabrina Gonzalez Pasterski adı ilə tanış olmağınız faydalı ola bilər.
xa0
23 yaşlı gənc fizik günümüzün ən uğurlu elm adamlarından biri kimi görünür. Kuba mənşəli Amerikalı alim xa0MIT-dən üç ildə 5.0 ortalamayla "MIT Physics Orloff Scholarship" təqaüdü verilən ilk qadın tələbə adını alaraq məzun olub. Harvard Universitetinin Fizika bölməsinə tam müstəqil doktorluq namizədi olaraq qəbul edilən Pasterski haqqında yeni Eynşteyn kimi danışılır.
Pasterski eynilə Eynşteyn kimi qara dəliklər, yer cazibə qüvvəsinin və kosmos vaxtının təbiəti kimi məsələlərlə məşğul olur və tədqiqatları kvant yer çəkiminə əsaslanır. Kvant nəzəriyəsi çərçivəsində yer çəkimi nəzəriyyəsini açıqlamağa çalışan bu sah, kainatla bağlı bir çox məchulu açıqlaya bilər və Sabrina bu sahədə fərq yaradan fiziklərdən biri ola bilər. Sabrinadan yeni Eynşteyn kimi danışılmasının səbəbi təkcə akademik uğurları deyil.
Akademik və elmi dairələrin diqqətini ilk dəfə 2008-ci ildə çəkməyi bacaran Sabrina hələ 14 yaşında ikən tək başına bir motorlu təyyarə düzəldib uçurmuşdu. Bu prosesi çəkib Youtube-də bölüşən Sabrina ilk dəfə 9 yaşında Çikaqo səmasında uçmağa başlayıb. MIT professorları Allen Haggerty və Earll Murman Sabrina qabiliyyətinin standartlardan çox üstün olduğunu deyirlər.
Sabrina bu günə qədər NASA və Blue Origin təşəbbüsü üçün Cef Bezosun diqqətini çəkməyi bacarıb. Haqqında onlarca xəbər yazılan gənc istedadın əlində ağıllı telefonu ilə Eynşteynin 2017-ci ilin versiyası olduğunu düşünməmək lazımdır. Ağıllı telefon istifadə etməyən Sabrina Facebook, Instagram, ya da Linke hesabı yoxdur.
Zəhra