Çar rejiminin ən sevimli tələbələrindən biri 300 illik sülaləni necə yıxdı? – Leninin ən dəhşətli TAKTİKALARI

Günümüzdə SSRİ xofu olmadan rahatlıqla tarixi şəxsiyyətlərə qiymət verə bilirik. Başqa sözlə sular durulub, dibindəki bütün gerçəkliklər aydın görünür. Bu mənzərənin içində o xofun yaranmasının səbəbkarı olan Vladimir İliç Leninin xüsusi yeri var. Bu gün onun ad günüdür – 70 il bütün SSRİ-də bayram edilən tarix: 22 aprel... Dünya tarixində min illərin taxtını qanla devirib ora dünənə qədər ayaq altında əzilən kasıbı çıxarmaq hər adamın bacaracağı iş deyildi, bu missiya Leninin üzərində qoyulmuşdu. Özü də qəbul etmədiyi, ibadətgahlarını yıxdığı tanrı tərəfindən...

Dünya tarixini qırmızı rənglə yazmış inqilabçı, siyasi xadim Vladimir İliç Lenin əslində elə doğuşdan əsl sovet insanı idi, baxmayaraq ki, Çar Rusiyasında doğulmuşdu. Lenin uşaqkən öz həmyaşıdlarından fərqli olaraq heç kimə qaynayıb-qarışmazdı. Amma gimnaziyada həm müəllimlər, həm də tələbələr arasında böyük hörməti vardı. Müəllimlər onu nümunə göstərərdilər. Gimnaziyanın ilk sinfindən sona qədər müəllimlərinin sevimlisi olub, şəkli şərəf lövhələrinə vurulub.

Çarı kasıblara görə yox, qardaşına görə devirdi

Bəs yaşamından razı olan, nümunəvi oğlan qosqoca rejimi niyə və necə devirdi? Yuxarıda qeyd etdiyimiz kimi yaxşı qardaş idi... Və rejimi əslində kasıblara görə yox, qardaşına görə devirmişdi. Onun böyük qardaşı Aleksandr Ulyanov çara qarşı üsyan təşkilatçılarından biri olaraq edam edildikdən sonra bu mərhəmətli, ideal hesab edilən 17 yaşlı yeniyetmənin taleyi və xarakteri tamamilə dəyişdi. Vladimir qardaşının qisası ilə yanıb-yaxılırdı. Məhz bu edamdan sonra dünənə qədər əhəmiyyət vermədiyi kasıb rəiyyət, çatışmazlıq, yoxsulluq, haqsızlıq onun gözündə böyüyüb dağ oldu. O isə bu dağı onu yaradanların ürəyinə çəkdi.
 

Yəni, qardaşı ölməsəydi, oktyabr inqilabı olmayacaq, çar devrilməyəcək, SSRİ adında dövlət qurulmayacaqdı... Vladimir isə müəllimlərinin tövsiyəsi ilə dövrünün ən yaxşı ali məktəblərindən olan Kazan Universitetindən məzun olub, çar rejiminin ən yaxşı alimlərindən, ictimai xadimlərindən və ya hər hansı vəzifə sahiblərindən biri olacaqdı...


Bu hadisədən sonra Vladimir, nəhayət yaşıdlarına qaynayıb-qarışmağa başlayır. Universitetdə "Xalq iradəsi” adlı qanunsuz dərnək üzvlərinə qoşulur. Nəticədə universitetdən qovulur. 1891-ci ilə qədər Kazandan Samara şəhərinədək narazı gəncləri toplayıb böyük dəstə yaratdı. Amma tezliklə anladı ki, ziyalı, şəhərli gənclərin qələmindənsə, kəndilərin yabası daha təsirlidir.

Əsrlərdir təhkimçilik kimi dəhşətli buxova möhtac olmuş, ac-yalavac kəndlini inandırmalıydı. XIX əsrin sonlarındakı qıtlıqdan o, bir vasitə kimi istifadə etdi. Bax burda bütün inqilabçılar ona qarşı çıxmışdılar.

Düşünürdülər ki, xalqı yedizdirməklə öz tərəflərinə çəkə bilərlər. Amma Lenin tamamilə əksini düşünürdü, necə deyərlər: "Ac qılınca çarpar”. O, ziyalı şəhər adamına inqilabi doktrina izah etməkdənsə, işini yüngülləşdirib kəndliyə başa düşdüyü dildə "Səni ac saxlayan çarı devirməyə kömək elə, səni mən yedirib, torpaq sahibi edim” deyirdi. Bu qədər sadə! Daha bir qansız üsulu isə xalqı qırğına vermək idi.
 

Məktublarının birində yazırdı ki, "Xalqı hakimiyyətdən tamam usandırmağın, çiyrindirməyin yolu onları qırmaqdan keçir”. Qarşısına qoyduğu məqsədə görə dəhşətli qətllərə imza atan Leninə bu işdə onun xələfi İosif Stalin kömək olur, yəni quldurbaşı, karvankəsən İosif Cuqaşvili! Böyük inqilab üçün anarxiya və pul tələb olunurdu. Bunun üçün ən yaxşı üsul qətllər və soyğunçuluq idi. Bu işi də İosifdən başqa heç kim bacara bilməzdi.


Lenin 1917-ci il inqilabına qədər dəfələrlə həbs olundu. Hədəfinə çatdı, xalqının deyil, qardaşının, gözüyaşlı anasının qisasını aldı. Amma yaratdığı SSRİ-nin çiçəklənməsini görə bilmədi və 1924-cü ildə - SSRİ-nin yaranmasından iki il sonra öldü.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

“By Ella” ləqəbli bloqer həbs edildi

“By Ella” ləqəbli bloqer həbs edildi

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

End of content

No more pages to load

RADİO