Stüardessalar haqqında sərnişinlərin bilmədiyi ”” FAKTLAR

"The Telegraph" qəzetində dərc olunmuş başqa bir məqalədə hava bələdçiləri - stüardessalar haqqında əksər sərnişinlərin bilmədikləri faktlar yer alıb

Keçmiş stüardessa Beth Windsor 10 min metr yüksəklikdə baş verən bəzi sirləri açmaq qərarına gəlib.

Kimsəsiz adada stüardessa ilə...

Ölkə.Az BBC-yə istinadən bildirir ki, Stüardessalar ekstremal şəraitlərdə sağ qalmaq üçün xüsusi təlim keçirlər. Onlar daldalanacaq qurmağı, qida və su tapmağı bacarırlar. Onlara Arktika kimi yerlərdə, cəngəlliklərdə, səhralarda gəmi və təyyarələrə xüsusi siqnallar vermək öyrədilir.

Doğmaq vaxtı çatmış hamilələr də narahat olmaya bilərlər. Hava bələdçilərinə mamaçalıq etmək təlimi də keçilir. Amma Beth Windsor xəbərdarlıq edir ki, nəbadə doğmaq fikrinə ucuz "büdcə" reyslərdə düşəsiniz.

Bir sözlə stüardessa ilə kimsəsiz adaya düşsəniz bilin ki, yanınızda az qala Robinson Cruzoe var və siz etibarlı əllərdəsiniz.

Göyün yeddinci qatında siqaret çəkmək və ya sekslə məşğul olmaq istəyənlər özlərini cənnətdə hiss etməməlidirlər, çünki stüardessalar içəridən bağlanmış qapını lazım gəldikdə bayırdan aça bilirlər.

Keçmiş stüardessa yazır ki, "sizə qızınmaq üçün verilmiş adyalların altında nə işlə məşğul olduğunuzu da görür və eşidirlər. Hətta bütün işıqlar söndürüldükdən sonra da".
Odur ki, özünüzü yaxşı aparın, "ay xanımlar və cənablar".

Hər şəhərin ən yaxşı yerlərini onlar tanıyır

Stüardessalar da, pilot və şturmanlar kimi uçuş zamanı ayıq olmalıdırlar. Ona görə də onlara uçuşa 12 saatdan az qalmış spirtli içkilər qəbul etmək qadağan olunub.

Amma stüardessalar sizə getdiyiniz şəhərlərdə yaxşıca əylənməli yerləri nişan verə bilərlər.

Çünki onların özləri də enişdən sonra heyətlə birlikdə ən yaxşı barlarda, istirahət yerlərində olurlar.

Odur ki, yaxşı yeyib-içmək yerlərini stüardessalardan soruşmaq olar.

Stüardessaların hamısı niyə gözəldir?

Yeyib-içmək öz yerində, stüardessalara çəki artırmaq, kökəlmək qadağan edilib.

Buna əməl etməyə məcbursunuz, çünki sizə daha böyük ölçülü uniformanı verməyəcəklər.

Stüardessaların hamısı gözəl görünür. Beth Windsor yazır ki, bunun sirri onlara xüsusi makiaj kursunun keçilməsindədir.

Geyim qaydaları da mövcuddur. Ətək dizdən yuxarı ola bilməz. Kabluklar 6 santimetrdən hündür olmamalıdır. Dodaqlar mütləq

qırmızının müxtəlif çalarlarında boyanmalıdır. Dırnaqların manükürü də öz yerində.

Hə bir də...

Stüardessaların göylərdə görmədiyi nəsə qalmayıb.

Uçuş vaxtı striptiz göstərən sərnişinlər də olur, körpəsini başının üstündəki yük yerinə yerləşdirən analar da...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

End of content

No more pages to load

RADİO