Sinəsi götürülən aktrisa: “Pensiyam çatmayanda, dərmanlarımı aptekdən nisyə alıram” - ÖZƏL

“Müalicələrimi evdə davam edirəm. Üç aydan sonra yenidən “UZİ”dən keçəcəm. Daha əvvəl “control”dan keçmək üçün xəstəxanaya getdim. Həkimlərin yazdığı dərmanları qəbul edirəm. Hər gün sakitləşdirici və ağrıkəsici dərmanlar qəbul edirəm. Xəstə özünü necə hiss edə bilər? Qolumun altımda, çiynimdə, sinəmin içində şiddətli ağrılarım olur”.

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur aktrisası Məsumə Babayeva deyib. 

Şəkərlə yanaşı, onkoloji xəstəlikdən əziyyət çəkən sənətkar aldığı pensiyasını dərmanlara xərclədiyini çox zaman isə həyatı əhəmiyyətli preparatları aptekdən nisyə götürdüyünü açıqlayıb.  

“Şəkər xəstəliyimlə bağlı dövlətdən insulin dərmanını alıram. Həb içmirəm, iynə vururam. Şükür ki, şəkərimi həmin dərman vasitəsi ilə aşağı salıb, tənzimləyə bilirəm. Hər gün aparatla da şəkərimi yoxlayıram.

Hazırda da şəkərim normadadır. Onkoloji dərmanlarımı isə özüm alıram. Həmin dərmanlar olduqca bahalıdır. 300 manat pensiya alıram. Elə aldığım pensiyanı dərmanlarıma xərcləyirəm. Çox zaman isə heç o 300 manat çatmır, məcbur olub aptekdən nisyə götürürəm” 
M.Babayeva bildirib ki, nə həmkarları, nə də ki, Mədəniyyət Nazirliyi onun səhhəti ilə maraqlanır.  

“Əvvələr zəng edib, maraqlanırdılar. İndi tətildə olduqları üçün hal-əhvalımı tutmurlar. Bir sözlə, hərənin başı özünə qarışıb. Mədəniyyət Nazirliyi də mənimlə maraqlanmır. Heç kim o qurumdan zəng etmir. Hərə özü üçün çalışır, vuruşur”. 

Qeyd edək ki, Məsumə Babayeva daha əvvəl redaksiyamıza açıqlamasında sinəsində şiş aşkar olunduğundan iyunun 15-i Tibb Universitetinin Onkoloji Klinikasında əməliyyat olunduğunu bildirmişdi. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

End of content

No more pages to load

RADİO