Tanınmış aparıcı Elman Bakuvi nişanlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda aparıcı sosial şəbəkə hesabında məlumat verib.
Ötən gün baş tutan nişan mərasimindən fotolarını sosial şəbəkə hesabında yayımlayan Bakuvi "Tərpəndim" qısa şərhini yazıb.
Onun ailə qurmağa hazırlaşdığı xanım "Space” televiziyasının əməkdaşı Vüsalə Hacıyevadır.
Qeyd edək ki, E.Bakuvi bir neçə il əvvəl ATV-də xəbər aparıcısı vəzifəsində çalışıb. Sonra o, fəaliyyətinə “Space” televiziyasının səhər proqramında davam edib. Bir müddət əvvəl isə V.Hacıyeva kanalla yollarını ayırıb.
Rəşad Əliyev, Bizim.Media