"Valideyinlərim mənim toyumu görmək istəyirlər. Anam söylədiki, "Bir xanım var. Çox istərdim onunla aiılə həyatı qurasan. Sənin mürvətini görüm". Məndən işimi soruşdular, dedim ki, aktyoram. Normal qəbul etdilər. Hər şey çox ciddi idi, üzüklər alındı. Ətrafımda olan qohumlar o xanımın ailəsinə çatdırdılar ki, mən təlxəyəm. Qızın ailəsi bunu biləndən sonra, "Bizim təlxəyə verəcək qızımız yoxdur" dedilər".
Bizim.Media xəbər verir ki, bu sözləri animator kimi fəaliyyət göstərən, kimliyini isə gizli saxlayan gənc aktyor "Təsir dairəsi" ictimai-sosial verilişində deyib.
Aktyor təlxək obrazına görə cəmiyyət tərəfindən qınaq obyektinə tuş gəldiyini və davamlı olaraq ona qarşı təzyiqlər olduğunu bildirib.
Ekspert qismində proqramda iştirak edən Xalq artisti Çingiz Əhməd və Əməkdar artist Nahidə Orucova gəncin söylədiklərindən sonra ona dəstək olublar.
Rəşad Əliyev, Bizim.Media