Türkiyənin pop ulduzu Hadisə Azərbaycana gələcək.
Bizim.Media xəbər verir ki, sənətçi Bakıda canlı solo konsert proqramı ilə çıxış edəcək.
Bu barədə “İticketaz” rəsmi “İnstagram” hesabında məlumat paylaşıb.
Hadisə sentyabrın 10-u saat 20:00-da “Bakı Konqres Mərkəzində” sevənlərinin qarşısına çıxacaq.
Rəşad Əliyev, Bizim.Media